Accessibility links

Türkiyənin Suriyada kürd yaraqlılara qarşı hərbi əməliyyatları geniş şəkildə dəstəklənir


Türkiyənin Suriyada kürd yaraqlılara qarşı hərbi əməliyyatları geniş şəkildə dəstəklənir.

A&G keçirdiyi sorğulara əsasən Zeytun budağı adlandırılan əməliyyatlara türk əhalisinin 90 faizi müsbət rəy verib.

Lazım olsa, dünyaya qarşı mübarizə edəcəyik

Prezident Rəcəb Tayyip Ərdoğan Zeytun budağı əməliyyatlarını milli mücadilə adlandırıb.

“Yalnız Allah qalibdir və iman silahdan daha vacibdir. Lazım olsa, dünyaya qarşı mübarizə edəcəyik” - deyə, Ərdoğan parlament qarşısında bildirib.

Türkiyənin aparıcı mediası Ərdoğanın mövqeyinin davamı olaraq dini və Türkiyənin impertorluq keçmişinə istinadən çıxışlar yayıb.

YPG qrupuna qarşı Zeytun budağı əməliyyatlarına 3 həftədən çoxdur ki, start verilib. Türkiyə bu qrupu PKK ilə əlaqələndirərək, terror dəstəsi adlandırır.

2019-cu ildə Türkiyədə yerli, ümummilli və prezident seçkiləri keçirilməlidir. Lakin Ərdoğanın hazırkı milli eyforiyadan bəhrələnərək seçkiləri daha erkən keçirəcəyinə dair şayiələr dolaşır.

Rəy sorğuları Ərdoğan və onun hakimi AKP partiyasına dəstəkdə çox cüzi dəyişikliklər olduğunu müəyyən edib. Baxmayaraq ki, ictimaiiyyət hərbi əməliyyatları dəstəkləyir.

Onun rəqibləri arasında nüfuzu artıq olsa da, Ərdoğan yenidən seçilmək üçün tələb olunan 50 faizdən çox səs əldə edə bilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG