Accessibility links

Türkiyədə iki hərbi zabit ömürlük həbs cəzasına məhkum edilib


Türkiyədə iki hərbi zabit cevriliş cəhdi ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Hökmü Ərzurum məhkəməsi çıxarıb. Hökm prezident Rəcəb Tayyib Ərdoğanın devrilməsi cəhdinə görə çıxarılan ilk qərardır.

Gələn günlər və həftələr ərzində daha artıq məhkəmələri keçiriləcəyi gözlənilir.

Türkiyə tarixində bu, ilk belə bir uzun qanuni prosesdir.

Anadolu xəbər agentliyinin məlumatına görə, həbsə məhkum edilənlər polkovnik Murat Kocak və mayor Murat Yılmazdır.

Onlar günühasız olduqlarını irəli sürərək, bəraət tələb edib.

Türkiyə çevriliş cəhdinin arxasında durduğuna görə Amerikada yaşayan ruhani Fətullah Güləni günahlandırır.

İyul ayından bəri Türkiyədə 40 mindən çox insan həbs edilib, 100 mindən çox dövlət məmuru, müəllim, həkim və Gülənlə əlaqəsi olduğuna inanılan çoxsaylı adam işlərindən kənarlaşdırılıb.

Qərb hökumətləri də daxil edilməklə, tənqidçilər Ərdoğanın siyasətinə görə narahatlıqlarını bildirir.

Fətullah Gülən Türkiyə hökuməti tərəfindən Rusiyanın Türkiyədəki səfirinin qətlinin arxasında durmaqda da ittiham edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG