Accessibility links

Türkiyə ABŞ sanksiyalarını cavabsız qoymayacağını vəd edib


Ankara Vaşinqtonun amerikalı keşiş Endrü Bransonun həbsi ilə əlaqədar Türkiyə Ədliyyə və Daxili İşlər Nazirlərinə qarşı sanksiyalar tətbiq etməsini cavabsız qoymayacağını vəd edib.

Türkiyə prezidentinin məsləhətçisi ABŞ-ın Türkiyə ilə münasibətlərini təhlükə altına aldığını deyib.

“Türkiyə zədəni minimuma endirməyə çalışır. Tramp Türkiyə-ABŞ münasibətlərini zədələyib. İndi Türkiyə tərəfi bütün körpüləri yandırmamağa, əksinə qoruyub saxlamağa çalışır. Biz iki ölkə arasında münasibətlərin qalıqlarını xilas etməyə çalışırıq” - deyə, İlnur Cevik bildirib.

Amerikalı rahib 2016-cı ildə Türkiyədə çevrilişə cəhd etməkdə təqsirləndirilən və Türkiyəyə ekstradisiya edilməsinə çalışılan, hazırda ABŞ-da yaşayan türkiyəli din xadimi Fətulla Gülənlə əlaqədar terrorçuluq və casusluq ittihamları ilə üzləşib.

Ötən ay Bransonun təxminən iki il həbsdə olduqdan sonra ev dustaqlığına məhkum edilməsi Vaşinqtona jest kimi qiymətləndirilib.

Sanksiyalar elan edildikdən bəri Türkiyə prezidenti əsasən mübahisəli mövzudan və bilavasitə Trampı tənqid etməkdən yayınır.

XS
SM
MD
LG