Accessibility links

Türkiyə amerikalı İslam Dövləti üzvünü ABŞ-a təhvil verib


Cümə axşamı Türkiyə hökumətinin yaydığı məlumatda Amerika vətəndaşı, İslam Dövlətinin üzvü olmaqda şübhəli bilənən şəxsi ABŞ-a deportasiya etdiyini bildirib.

Türkyə Daxili İşlər Nazirliyi bildirib ki, 39 yaşlı Məhəmməd Dərviş B (Mohammad Darwis B) Türkiyə ilə Yunanıstan arasındakı neytral zonada bir neçə gün qaldıqdan sonra ölkəsinə geri göndərilib.

Nazirlik əlavə edib ki, Amerika ilk əvvəl onu qəbul etməkdən imtina etsə də, sonradan geri qaytarılmasına razılıq verib.

Məhəmməd Dərvişin ekstradisiyası çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşündən sonra həyata keçirilib.

Türkiyə hökuməti Türkiyə ilə Suriya arasındakı sərhəd bölgəsindəki kürd yaraqlılarını bölgədən uzaqlaşdırmaq məqsədi ilə Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan sonra Türkiyədə və Suriyada həbs edilmiş keçmiş İslam Dövləti üzvlərinin deportasiyası ilə bağlı kampaniyaya başlayıb.

XS
SM
MD
LG