Accessibility links

Türkiyə Silahlı Qüvvələrinin general və admiralları Azərbaycanda səfərdədir


Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə Azərbaycan müdafiə naziri Zakir Həsənovun görüşü (Foto Müdafiə Nazirliyinin rəsmi saytından götürülüb)
Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə Azərbaycan müdafiə naziri Zakir Həsənovun görüşü (Foto Müdafiə Nazirliyinin rəsmi saytından götürülüb)

Tərəflər regional və ikitərəfli əməkdaşlığı müzakirə edib

Yanvarın 8-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına uyğun olaraq Bakıda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Atilla Gülanın rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin general və admirallarından ibarət nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazir Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın dostluq, qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini və hər iki tərəf üçün faydalı olduğunu bildirib.

Görüşdə regional və ikitərəfli əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG