Accessibility links

Türkiyədə aprelin 29-dan ciddi koronavirus məhdudiyyətləri qüvvəyə minir


Türkiyə COVID-19 infeksiyasının artması ilə aprelin 29-da üç həftəlik yeni məhdudiyyətlərə başlayır.

Başlanğıcda səlahiyyətlilər pandemiyanı aradan qaldırmaq üçün müvəffəq olduqlarını iddia edirdilər, lakin ölkə məhdudiyyətləri vaxtından əvvəl azaltdığına görə nəticələri ağır ödəyə bilərdi.

Bu, məktəblərin bağlanması, alkoqol satışının qadağan edilməsi və yalnız ərzaq mağazaları kimi açıq müəssisələrin işləməsinə icazə verilməsi ilə COVID pandemiyası başlayandan bəri ölkədə tətbiq edilən ən ciddi məhdudiyyətdir.

Türklər üçün iqtisadi çətinlik hökumətin zərər görənlər üçün heç bir maddi yardım elan etməməsidir.

Türkiyə mediası işsizlərin qeyri-rəsmi göstəricilərinin 25%-i aşdığını bildirib, yardım qrupları yoxsulluq səviyyəsinin artdığını və cəmiyyətin geniş təbəqələrinin yemək üçün mübarizə apardıqlarına dair xəbərdarlıq yayıb.

Şəhərlərarası səyahətə yalnız xüsusi icazə ilə yol veriləcək. Ölkənin digər bölgələrində aprelin 29-dan gec olmayaraq, məhdudiyyətlərin qüvvəyə minməsindən əvvəlki bir həftə ərzində İnsanların evlərinə dönməyə tələsdikləri üçün xaos yaşanmışdı.

Ciddi tədbirlər COVID infeksiyalarının çoxalmasına cavabdır.

Türkiyə aprelin 28-də 40 000 çox yoluxma faktının qeydə alındığını bildirib. Bu, Avropada ən yüksək gündəlik göstəricidir.

XS
SM
MD
LG