Accessibility links

Münsiflər məhkəməsi Mehmet Hakan Atillanı konspirasiya cinayətlərində təqsirli tanıyıb


Türkiyəli bankirin vəkili ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan yayınmaq məqsədi ilə bir milyard dollarlıq saxtakarlıqda iştirak etməsi ilə bağlı ona qarşı irəli sürülən ittihamları apellyasiya məhkəməsinə çıxaracağını deyib.

Çərşənbə günü Nyu-York şəhərində münsiflər məhkəməsi Mehmet Hakan Atillanı ABŞ-a qarşı konspirasiyası və bank fırıldaqçılığı da daxil olmaqla, dörd maddə üzrə konspirasiya cinayətində təqsirli tanıyıb.

“O, kədərlidir. Amma o, adını təmizləməyə çalışır. Və biz bunu edəcəyik” - deyə, onun vəkili Viktor Rokko bildirib.

Məhkəmə prosesi Türkiyə ilə ABŞ arasında münasibətləri gərginləşdirib.

Türkiyə prezidenti bu məhkəmə prosesinin Amerika konspirasiyası olduğunu və ABŞ-ın Yaxın Şərq məsələsində strateji tərəfdarı olan Türkiyəni şantaj etmək məqsədi daşıdığını bildirib.

XS
SM
MD
LG