Accessibility links

Türkiyə humanitar yardım gəmisinə hücumun beynəlxalq komissiya tərəfindən araşdırılmasını təkid edir


Birləşmiş Ştatlar isə təhqiqatın yalnız İsrail tərəfindən aparılmasını dəstəkləyir

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu deyib ki, onun ölkəsi İsrailin Qəzzaya yardım aparan gəmiyə ölümlə nəticələnən hücumunun beynəlxalq komissiya tərəfindən araşdırılmasını istəyir. Cənab Davutoğlu açıqlamanı bu gün Ankarada verib.

Reyd zamanı dörd vətəndaşını itirən Türkiyə beynəlxalq ictimaiyyəti İsrailə qarşı addımlar atmağa çağırır. Birləşmiş Ştatlar isə təhqiqatın yalnız İsrail tərəfindən aparılmasını dəstəkləyir. ABŞ prezidenti Barak Obama dünən bu məsələni Türkiyənin baş naziri Rəcəp Teyyib Ərdoğanla telefonda müzakirə etmişdir. Ağ Evin açıqlamasında deyilir ki, cənab Obama Türkiyəyə itkilərinə görə başsağlığı vermiş və İsrailə təhlükə yaratmadan Qəzzaya humanitar yardımların çatdırılması yollarının tapılmalı olduğunu bildirmişdir.

XS
SM
MD
LG