Accessibility links

Türkiyə səfirliyi iki ölkə liderinin müzakirə etdiyi məsələlərin açıqlanmasını pisləyir


Türkiyə səfirliyi iki ölkə liderinin müzakirə etdiyi məsələlərin açıqlanmasını pisləyir
Türkiyə səfirliyi iki ölkə liderinin müzakirə etdiyi məsələlərin açıqlanmasını pisləyir

Səfirlik bildirir ki, bu məsələlərin mətbuat vasitəsi ilə aydınlaşdırılması dövlətçilik maraqların uyğun deyil

Bu gün Türkiyənin Bakıdakı səfirliyi gözlənilməz və kəskin bəyanatla çıxış edib.

“Son zamanlar bir müxalifət partiyası liderinin Türkiyəni hədəfə alan təşəbbüslərini və açıqlamalarını, bu çərçivədə bəzi media şərhlərini təəssüf hissi ilə izləyirik. Hesab edirik ki, bütün bunlar yersiz, ciddiyyətdən və səmimiyyətdən uzaq, ictimai rəyi yanlış istiqamətə yönləndirmə məqsədinə xidmət edir”, - deyə sıfirliyin bəyanatında deyilir.

İki ölkə lideri qardaşlıq, dostluq anlayışı və ruhu ilə gündəmdəki bütün məsələləri açıq və səmimi şəkildə müzakirə edir. “Hansısa məsələlərin mətbuat vasitəsi ilə gündəmə gətirilməsi və müzakirə olunması dövlət ənənəmizdə mövcud deyil. Bu cür məsələlərin mətbuat vasitəsi ilə aydınlaşdırılması bizim dövlətçilik maraqlarımıza uyğun deyil”, - deyə sənəddə qeyd olunur.

Sonra səfirlik öz narahatlıq obyektini konkretləşdirərək PKK terrorizmi probleminin Ermənistan-Türkiyə sərhəddinin açılması ilə əlaqələndirilməsini yolverilməz sayır.

Səfirlik Ankaranın bu məsələyə dair mövqeyinin dəyişməz olduğunu bildirir. Belə ki, Qarabağ münaqişəsi nizamlanmayınca, sərhədlər açılmayacaq.

Bəyanatda hansı müxalifət partiyasının liderindən söhbət getdiyi açıqlanmır. Lakin avqustun ortalarında iqtidaryönümlü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev

Türkiyəni Ermənistanla iqtisadi əlaqələr qurmaqda və sərhədləri açmaq istəyində ittiham edib.

“Azərbaycanı PKK terrorçularını dəstəkləməkdə ittiham edənlər əvvəlcə Türkiyə və Ermənistan arasında hərtərəfli əlaqələrin inkişaf səbəblərini açıqlasın. Bunun əvəzinə müəyyən dairələr Azərbaycanı ittiham edir, hansısa sahibkarın PKK-dan olan terrorçuları maliyyələşdirilməsindən danışır. Bu, qəsdən diqqətin Ermənistan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsindən yayındırılması üçün edilir”, - cənab Həsənquliyev bildirib.

XS
SM
MD
LG