Accessibility links

Türkiyə əsgərləri bomba hücumu zamanı xəsarət alıblar


Partlayış hərbi konvoy Elazığ şəhərinə səfər edən zaman baş verib

Türkiyə rəsmiləri deyir ki, ölkənin şərq hissəsində avtomobil yolunda yerləşdirilmiş bombanın partlaması nəticəsində 14 əsgər xəsarət alıb. Rəsmilər bu gün baş vermiş hücuma görə kürd yaraqlılarını ittiham edib. Partlayış hərbi maşın karvanı Elaziğ şəhərinə səfər edən zaman baş verib. Bir əsgərin ağır yaralandığı bildirilir. Bu gün habelə Türkiyə polisi İzmir şəhərində baş vermiş bomba hücumu cəhdi ilə əlaqədar 4 şübhəlini saxlayıb. Rəsmilər deyir ki, hər iki hücumda PKK kimi tanınan Kürdüstan Fəhlə Partiyasının əli var. PKK keçən həftə cümə günü bəyan edib ki, Türkiyənin hərbi hücumlarına cavab olaraq qruplaşma Türkiyə ilə bir illik atəşkəsə son qoyur.

XS
SM
MD
LG