Accessibility links

Türkiyə və Azərbaycan ticarət dövriyyəsini 5 milyard dollara çatdıracaq


Türkiyə və Azərbaycan ticarət dövriyyəsini 5 milyard dollara çatdıracaq
Türkiyə və Azərbaycan ticarət dövriyyəsini 5 milyard dollara çatdıracaq

Hökumətlərarası komissiyanın iclasında ikitərəfli əməkdaşlığın perspektivləri müzkirə edilib. Regionun iqtisadi inkişafı nəzərdən keçirilib.

Bakıda Azərbaycan-Türkiyə hökumətlərarası birgə komissiyasının VI iclası keçirilib.
Azərbaycan Baş nazirinin müavini Abid Şərifov iki ölkə arasında təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə sıx əməkdaşlıq olduğunu bildirib. “Ölkələrimiz arasında Strateji Əməkdaşlıq Şurasının yaradılması bu əlaqələrin daha da inkişafına təkan verəcək”.

Onun sözlərinə görə, Türkiyə şirkətləri Azərbaycanda irimiqyaslı layihələrin həyata keçirilməsində yaxından iştirak edir. “Oğuz-Qəbələ-Bakı su kəmərinin, Şəmkir Su Anbarının tikintiləri məhz türk şirkətləri tərəfindən həyata keçirilib. Hazırda inşası davam etdirilən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin əhəmiyyəti isə xüsisidir”.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız deyib ki, Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 5 milyard dollara çatdırılacaq.

Türkiyə nümayəndə heyətini prezident İlham Əliyev də qəbul edib. Görüşdə Azərbaycanla Türkiyə arasında qaz sahəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan layihələrinin uğurlu fəaliyyəti qeyd edilib.

Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulayıb və 2011-ci ildə Azərbaycanın bu layihəyə əlavə vəsait ayırdığı bildirilib. Söhbət zamanı, Türkiyə-Gürcüstan-Azərbaycan elektrik xətlərinin birləşdirilməsi layihəsi və gələcəkdə Türkiyəyə elektrik enerjisinin ixracı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG