Accessibility links

Türkiyədə 4 general hərbi postlara təyin edilib


Türkiyədə 4 general hərbi postlara təyin edilib
Türkiyədə 4 general hərbi postlara təyin edilib

Keçən həftə Türkiyənin hərbi komandanlarının istefasından sonra 4 general hərbi postlara təyin edilib. Onlar çevriliş ittihamı ilə hərbçilərin həbsinə etiraz edib. Türkiyə prezidenti Abdulla Gül hərbi qərargahlar, hava, ordu və dəniz qüvvələri vəzifələrinə təyinatları bu gün elan edib. Təyinatlar Ali Hərbi Şuranın 4 günlük yığıncağınını sonunda bəyan edilib. Hərbi polis idarəsinin sabiq rəisi, general Necdet Özəl general İçık Koşanerin yerinə təyin edilib. General Mehmet Erten hava qüvvələri, general Hayrı Kıvrıkoğlu quru qüvvələri , admiral Emin Bilgel dəniz qüvvələrinə baş komandan təyin edilib.

XS
SM
MD
LG