Accessibility links

Türkiyədə hakimiyyəti devirmək ittihamı irəli sürülənlərin məhkəməsi başlayıb


Türkiyədə hakimiyyəti devirmək ittihamı irəli sürülənlərin məhkəməsi başlayıb
Türkiyədə hakimiyyəti devirmək ittihamı irəli sürülənlərin məhkəməsi başlayıb

2003-cü ildə Türkiyədə hakimiyyəti devirmək ittihamı ilə yüksək səviyyəli şəxslər də daxil edilmələ, 200 nəfərə qədər müttəhimin məhkəməsi başlayıb. Türkiyə mediasının verdiyi məlumatlarda bu gün başlayan məhkəmədə istefada və hazırda hərbi qulluqda olan zabitlərin məscidlərin partladılmasında və əvvəlcə Yunanıstanın əli olduğu deyilən Türkiyə təyyarəsinin vurub salınmasında ittiham edildikləri bildirir. Rəsmilər “Balyoz”adlanan bu planın məqsədinin hakimiyyəti nüfuzdan salaraq, hərbi çevriliş etmək olduğunu deyirlər. Admirallar və generallar daxil olmaqla, 196 nəfərin məhkəməsi ölkədə islamçı meylli hökumət və dünyəvi ordu arasında gərginliyin baş qaldırmasına gətirib çıxara bilər.

XS
SM
MD
LG