Accessibility links

Türkiyədə jurnalistlər həbs olunur


Türkiyədə jurnalistlər həbs olunur
Türkiyədə jurnalistlər həbs olunur

Türkiyədə məhkəmə əlavə dörd jurnalisti və bir yazarı hökuməti devirmək cəhdində ittiham edib. İki tanənmış jurnalistin həbsinin ardınca məhkəmə beş yeni jurnalistin həbsinə qərar verib. Cümə axşamı polis Nedim Sener və Əhməd Şıkla bərabər 8 adamın evlərinə reydlər keçirərək onları həbs etmişdi.

Beynəlxalq hüquq müdafiəçiləri və Qərb hökumətləri həbsələrə görə narahatlıqlarını ifadə ediblər, ancaq ittihamçılar jurnalistlərin fəaliyyətlərinə görə həbs olunmadıqlarını deyirlər. Reydlər və həbslər Türkiyə hökumətinin Ergenekon şəbəkəsi ilə bağlı təhqiqatının tərkib hissəsidir. Baş nazir Rəcəb Təyyib Ərdoğanın rəhbərlik etdiyi hökumət iddia edir ki, radikal dünyəvi qrup ölkədə terror askiyaları keçirməklə hərbi çevrilişə yol açmaq istəyir.

Ötən cümə günü minlərlə adam İstanbul və Ankarada nümayiş keçirərək Ərdoğan hakimiyyəti altında mətbuat azadlıqlarının boğulmasına etiraz ediblər.

XS
SM
MD
LG