Accessibility links

Türkiyədə seçicilərin 58 faizi Konstitusiya dəyişikliklərini dəstəkləyib


Səsvermədə 77-78 faiz seçici iştirak edib

Bu gün Türkiyədə 30 il əvvəl hərbi hökumət tərəfindən yazılan Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan referendum keçirilib. Türklər 26 islahatı nəzərdə tutan paketə 1980-ci il hərbi çevrilişinin il dönümü günü referendumda səs veriblər. Baş nazir Rəcəb Tayyip Ərdoğan deyib ki, seçicilərin 58 faizi dəyişiklikləri dəstəkləyib. Onun sözlərinə görə, səsvermədə 77-78 faiz seçici iştirak edib.

Hökumət bildirir ki, dəyişikliklər ölkədə demokratiyanı möhkəmlədəcək və Konstitusiyanı Avropa normalarına daha da yaxınlaşdıracaq. Bu islahatlar Türkiyənin Avropa Birliyinə üzv olması üçün əhəmiyyət kəsb edir. Ən mübahisəli iddialara Konstitusiya Məhkəməsinin, o cümlədən hakimlər və prokurorlar idarə heyətinin tərkibinin dəyişdirilməsinə dair dəyişikliklər daxildir. Tənqidçilər deyir ki, byu ölçülərin məhkəmə hakimiyyətinə təsiri olacaq. Başqa bir iddiaya görə isə, 1980-ci il hərbi çevrilişinə görə məsuliyyət daşıyan hərbi liderlərin toxunulmazlıq hüququ ləğv olunacaq. Ölçülərə habelə əlillərin hüquqlarının artırılması da daxil edilib.

XS
SM
MD
LG