Accessibility links

Türkiyədə toqquşmaların yenidən baş qaldırması etnik münaqişəyə yol aça bilər


Türkiyədə toqquşmaların yenidən baş qaldırması etnik münaqişəyə yol aça bilər
Türkiyədə toqquşmaların yenidən baş qaldırması etnik münaqişəyə yol aça bilər

Son iki həftə ərzində Türkiyədə Kürdüstan Fəhlə Partiyası-PKK yaraqlıları tərəfindən 20 əsgər öldürülüb. Toqquşmaların yenidən baş qaldırması etnik münaqişəyə yol aça bilər.

İstanbulda keçirilən caz festivalında kürd müğənni Aynur Doğan tamaşaçıların tənqidləri ilə üzləşmişdi. Bu, PKK yaraqlıları tərəfindən 13 əsgərin öldürülməsindən bir neçə gün sonraya təsadüf edirdi. Aynur səhnədən çıxarıldıqdan sonra auditoriya Türkiyə himnini oxumağa başlamışdı. Hadisə bütün Türkiyə boyu əks-səda doğurmuşdu.Türkiyənin gündəlik Xəbərtürk qəzetinin müxbiri Soli Özəl deyir ki, caz konsertində iştirak edənlər Türkiyə ictimaiyyətinin yüksək mədəniyyətli təbəqəsinin bir hissəsidir. “Kürd müğənninin burada iştirak edəcəyini bildirdilər. Lakin tolerantlıq nümayiş etdirilmədi. Bu, yaraların təzəliyinə işarədir.Təkcə türklər üçün yox. Kürdlər üçün də” .

Soli Özəlin dediyinə görə, hadisə qəzetlərin öz səhifəsində yer almışdı. Bu isə türklər kürdlərin qütbləşməsi deməkdir.

PKK ilə Türkiyə arasında münaqişə 1990-cı illərdən davam etsə də, ictimaiyyət arasında üzə vurmurdu. Münaqişə səbəbi ilə milyonlarla kürd Türkiyənin cənub-şərq regionunu tərk edib və o vaxtdan bəri türklərlə kürdlər dinc yanaşı yaşayırdı.

Soli Özəl hakim AKP partiyasının təhlükə qarşısında olduğunu bildirir.“Bir yandan AKP kürdlərin iqtisadiyyatda yaxından iştirak etməsini istəyir, digər tərəfdən iqtisadi sahədə yer alan türklərin narahatlığı ilə üzləşir.Kürdlər savadlandıqca öz qəzəblərini dinc yolla nümayiş etdirir”.

İyul ayının əvvəllərində yoxsul Zeytunburnu məhəlləsində qarşıdurma baş qaldırmışdı. Bir qrup kürdün nümayişi minlərlə türkün etiraz aksiyası ilə qarşılanmış, kürd olduğu düşünülən hər bir kəs hücuma məruz qalmışdı.

Türk əsgərlərinin öldürülməsi türklər arasında qəzəbə səbəb olub.Əvvəllər PKK günahlandırılırdısa, indi adi kürdlər təqsirləndirilir.

PKK ilə hökumət arasında döyüşlər gərginlik yaratsa da, icmalararası zorakılıqların artması narahatlıqlar doğurur. Baş qaldırdığı təqdirdə qarşıdurmaları yatırmaq asan olmaya bilər.

XS
SM
MD
LG