Accessibility links

Türkiyə iki ABŞ rəsmisinin aktivlərini dondurur


Türkiyə prezidenti şənbə günü deyib ki, ölkəsi Birləşmiş Ştatların iki rəsmisinin aktivlərini donduracaq. Bu addım ABŞ-ın amerikalı keşişin həbs edilməsinə cavab olaraq Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı tətbiq etdiyi sanksiyalara reaksiyadır.

Ankarada çıxış edən prezident Rəcəd Tayyib Ərdoğan deyib ki, Türkiyə çərşənbə günü ABŞ-ın tətbiq etdiyi sanksiyalardan bəri səbrli olsa da, o, ABŞ-ın ədliyyə və daxili işlər nazirlərinin Türkiyədəki aktivlərinin dondurulmasına göstəriş verib. Türkiyə və ABŞ nazirlərinin səlahiyyətləri fərqləndiyindən bu sözlərin kimlərə şamil olunacağı aydın deyil.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdulhamin Gül sanksiyalara qarşı sərt çıxış edərək, ABŞ-da heç bir aktivlərinin olmadıqlarını bildiriblər. Bununla bərabər, ABŞ və Türkiyə münsibətlərinin gərginləşməsi Türkiyənin milli valyutasının zəifləməsinə təsir edib.

Ərdoğan sanksiyaları “Türkiyəyə qarşı ciddi hörmətsizlik” adlandırıb və ABŞ-ı keşiş Endrü Bransonun azadlığa buraxılmasını tələb etdiyi üçün riyakar adlandırıb. Türkiyə Bransonu terror qrupları ilə əlaqədə olmaqda şübhəli bilir.

2016-cı ilin dekabrında həbs edilən Branson hal-hazırda ev dustaqlığındadır. Ona qarşı ittihamlar təsdiq edilsə, Bransonu 35 illik həbs cəzası gözləyir. Prezident Donald Tramp və vitse-prezident Mayk Pens də daxil olmaqla yüksək vəzifəli ABŞ rəsmiləri Bransona qarşı heç bir sübutun olmadığını bildirir və onun azalığa buraxılmasını tələb edir.

Sanksiyalar elanına baxmayaraq, Ərdoğan hər iki ölkənin müttəfiqlik münasibətlərinə geri dönməsinə çağırış edib. “Amerika administrasiyası ilə həll edə bilməyəcəyimiz problemin olmadığını düşünürük” – deyə o, qeyd edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG