Accessibility links

Türkiyə Afrin üzərində tam nəzarətini elan edib [Video]


Türkiyə Afrin üzərində tam nəzarətini elan edib
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Türkiyə Afrin şəhərindən kürd yarı-hərbi dəstələləri çıxarmaq üçün apardığı iki aylıq əmliyyatdan nəticəsində Suriyanın şimalında yerləşən bu şəhər üzərində tam nəzarətini elan edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü növbəti hədəfin yaxınlıqdakı Təl Rıfat şəhəri olduğunu deyib. Ərdoğan İslam Dövləti militantlarını məğlub edəndən sonra Suriya və İraqın bəzi ərazilərində nəzarəti ələ keçirən kürdləri hakimiyyətdən uzaqlaşdırmağı vəd edib.

İnşallah biz tezliklə Təl Rıfatın nəzarətini ələ keçirərək bu əməliyyatı məqsədinə çatdıracağıq.
Rəcəb Tayyib Ərdoğan

Türkiyə bazar günü silahlı qüvvələrinin Afrin üzərində tam nəzarəti ələ keçirdiyini elan edib. Türkiyənın Qırmızı Aypara Cəmiyyəti döyüşə məruz qalan sakinlərə fövqəladə yardım çatdırıb.

“Bizim səyyar mətbəxlərimiz buradadır. Komandamız kəndlərə dağılıb. Biz dialez mərkəzləri açmağa və xəstələri transfer etməyə çalışırıq. Şəhəri təmiz su ilə təmin edən bəndlərdə bəzi problemlər var, biz bu məsələni də həll etməyə çalışırıq,” deyə Qırmızı Aypara Cəmiyyətindən Kerem Kınık bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Suriyada kürdlərin nəzarətində olan ərazilərdə hərbi əməliyyat davam etdiriləcək.

“İnşallah biz tezliklə Təl Rıfatın nəzarətini ələ keçirərək bu əməliyyatı məqsədinə çatdıracağıq,” o söyləyib.

Daha öncə Türkiyə höküməti Mənbicə irəliləməyi də planlaşdırdığını deyib. Lakin ABŞ qüvvələri orada yerli sakinləri şəhərin havadan bombalanmayacağına arxayın etməyə çalışır.

Türkiyə əsgərləri Afrində
Türkiyə əsgərləri Afrində

“Biz şadıq ki, ərazini hədəf alan təyyarələr yoxdur, amma buna baxmayaraq biz özümüzü rahat hiss etmirik,” şəhər sakini Əli Əl-Səttaf deyib.

Kürd yarı-hərbi dəstələri Suriya və İraqda İslam Dövlətini məğlub etmək üçün ABŞ-ın başcılığı ilə aparılan hücumlarda ön cəbhədə döyüşüb. Ərdoğan iddia edir ki, həmin yarı-hərbi dəstələrin PKK ilə əlaqəsi var və onlar Türkiyəyə təhlükədir. O, kürdləri həm Suiya həm İraqda hakimiyyətdən uzaqlaşdıracağına söz verib.

Şənbə günü İraqda kürd YBS yarı-hərbi dəstəsinin sözçüsü onların, Türkiyənin hədələrinə baxmayaraq, Sincarı tərk etməyəcəklərini deyib.

Türkiyə höküməti bir neçə dəfə İraq hökümətinin dəstəyi ilə Sincara müdaxilə edəcəyinə dair xəbərdarlıq edib. Lakin İraq hökümətinin sözçüsü bizə Türkiyə ilə heç bir razılıqlarının olmadığını söyləyib. Buna görə də, biz burada qalırıq. Biz qanuni İraq qüvvəsiyik.
Marvan

“Türkiyə höküməti bir neçə dəfə İraq hökümətinin dəstəyi ilə Sincara müdaxilə edəcəyinə dair xəbərdarlıq edib. Lakin İraq hökümətinin sözçüsü bizə Türkiyə ilə heç bir razılıqlarının olmadığını söyləyib. Buna görə də, biz burada qalırıq. Biz qanuni İraq qüvvəsiyik,” deyə Marvan bildirib.

Bir neçə Avropa şəhərində etirazçılar Türkiyənin Afrinin işğal etməsini qınamaq məqsədilə küçələrə axışıb.

“Türkiyə Afrində işğalçı qüvvədir və onlar orada təkcə bütün əhalini yox etməyə çalışmır, onlar həm də Yaxın Şərqin qəlbində, xüsusilə də Afrində yaranmağa başlayan yeni dünyəvi cəmiyyəti, demokratik və avtonom sistemi aradan qaldırmağa çalışır,” Beynəlxalq Kürd Qadınlar Hərəkatından Nursel Kılıç bildirib.

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, Türkiyənin hücumu zamanı təxminən 170 min mülki vətəndaş Afrindən qaçıb. Onların çoxu Türkiyənin Suriyadakı növbəti hədəfi olan Təl Rıfata yerləşib.

XS
SM
MD
LG