Accessibility links

Türkiyə Avropanı miqrant razılaşmasını pozmaqla hədələyir [Video]


Türkiyə Avropanı miqrant razılaşmasını pozmaqla hədələyir
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Türkiyə Avropanı miqrant razılaşmasını pozmaqla hədələyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mart ayında Avropa İttifaqı ilə əldə olunan razılığı pozmaq və qaçqınların Avropaya keçmələrinə icazə verməklə hədələyib. Bu, cümə axşamı Avropa Parlamentinin Ankara ilə üzvlük danışıqlarını dondurmaq üzərində etdiyi simvolik səsvermədən sonra baş verib. Avropa İttifaqı Birləşmiş Ştatlarla birlikdə iyul ayında baş verən çevriliş cəhdindən sonra müxalifətə qarşı təqiblərlə bağlı narahatlıqlarını ifadə edib.

Cümə günü Türkiyə prezidenti Avropa İttifaqı Parlamentində keçirilən səsverməyə böyük qəzəblə reaksiya verib.

Bu davam etsə, sərhəd qapıları açılacaq- bunu bilin. Nə mən, nə bu xalq boş təhdidlərdən qorxmur.
Rəcəb Tayyib Ərdoğan

“Bu davam etsə, sərhəd qapıları açılacaq- bunu bilin. Nə mən, nə bu xalq boş təhdidlərdən qorxmur,” deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Siyasi təhlilçilər deyir ki, Ankara razılığı pozmağı əlində vasitə kimi tutur. Martda əldə olunan razılığa əsasən Türkiyə 3 milyard dollarlıq yardım və Aİ-yə üzvlük danışıqlarını tezləşdirmək müqabilində Avropaya qanunsuz keçən miqrantları geri almağa razılaşmışdı.

Ancaq Ərdoğanın bu təhdidi 2016-cı ilin əvvəlindəki təhdidləri qədər təsirli olmaya bilər.

“İndiyə artıq Avropa ölkələrinin əksəriyyəti miqrasiya ilə bağlı müəyyən qanun və qaydalar tərtib ediblər, ona görə də problemin olacağını düşünmürəm.”

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Avropa Parlamentindəki səsvermə məcburi deyil və ittifaqın icraçı orqanı, yəni Avropa Komissiyasının bu qərarı həyata keçirmək ehtimalı azdır.

“Onlar Türkiyədə baş verənlərdən narahatdır, amma danışıqları dayandıran tərəf olmaq istəmirlər, çünki düşünürlər ki, Ərdoğanın da elə istədiyi budur ki, sonra türk xalqına “baxın biz deyil, onlar Aİ üzvlük danışıqlarını biz deyil, onlar sonlandırdı.”

Lakin Avropa İttifaqı Türkiyənin iyul ayından sonra həyata keçirdiyi təqibləri qınayır. 110 min nəfər iş yerlərindən kənarlaşdırılıb, ya da çıxarılıb, 36 min nəfər isə həb edilib.

Öz növbəsində isə Ankara Avropanı terrorçularla tərəfdaşlıq etməkdə günahlandırıb.

Fərqlilikləri nəzərə alaraq, bəzi müşahidəçilər deyir ki, Türkiyə, belə desək, ikimərhələli Avropaya çağıra bilər.

“Norveç, İsveçrə, bəlkə Britaniya, bəlkə dəTürkiyə - iki mexanizmli Avropa İttifaqı. Biz hər zaman ittifaqın tam hüquqlu üzvü olacağımızı düşünürdük. Amma bu model Almaniya və Fransa üçün daha məqbul olar.”

Bu həftə NATO Türkiyə ordusunun bəzi hərbi personalının çəvriliş cəhdindən sonrakı təqiblər nəticəsində Avropadan sığınacaq tələb ediblər. Üzv ölkələr hər bir sığınacaq tələbinə ayrı-ayrı baxacaq, amma sığınacağın verilməsi Ankara ilə münasibətləri daha da gərginləşdirəcək.

XS
SM
MD
LG