Accessibility links

Türkiyə ABŞ-ı sanksiyalara görə tənqid edib


Tramp administrasiyasının NATO müttəfiqi Türkiyəyə qarşı Rusiya raket sistemini aldığına görə sanksiya qərarı Türkiyənin kəskin tənqidinə səbəb olub. Ancaq hələlik, Ankara hər hansı cavab tədbirləri həyata keçirmir.

Təhlilçilər bunun Türkiyənin ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin yeni rəhbərliyini gözlədiyinə işarə olduğunu bildirir.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı sanksiyalara cavab olaraq "meydanda və masada güclüyük" deyib.

"Biz bu qərarı qınayırıq və ABŞ-ı bu səhvdən tez bir zamanda geri çəkilməyə çağırırıq" - deyə, Türkiyənin vitse-prezidenti Fuad Oqtay Tvitter hesabında paylaşıb.

Türkiyənin 2017-ci ildə Rusiyanın S-400 raket sistemini alması Trampın sanksiyalar yolu ilə Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Qanunu və ya CAATSA-nı pozduğu üçün sanksiyalara səbəb olmuşdu. Türkiyənin NATO-dakı digər tərəfdaşları ilə yanaşı ABŞ da bildirir ki, S-400 NATO-nun müdafiə sistemlərinə qarşı çıxmaqdır. Ankara isə bu ittihamı rədd edir. S-400-ün ABŞ-ın son döyüş təyyarəsi olan F-35 kimi təyyarələri vurmaq gücündə olduğu bildirilmişdi.

Türkiyə rus raketlərini aldığı üçün artıq ağır fəsadlarla üzləşib. İndi Ankara üçün F-35 təyyarəsini almaq və hazırlamaq qadağandır. Türkiyə 2019-cu ildə S-400 raketlərini əldə etməyə başlayıb.

Son sanksiyalar ilk növbədə ABŞ-ın ixrac lisenziyalarını və kreditlərini qadağan etməklə, Türkiyənin hərbi xərclər agentliyini hədəf alır. Agentlikdə çalışan bir neçə vəzifəli şəxs də hədəf seçilib.

XS
SM
MD
LG