Accessibility links

Türkiyə rəsmiləri: Ankarada partlayışı törədənlərdən biri kürd militant qadındır


Türkiyənin təhlükəsizlik rəsmiləri bildirib ki, Ankarada 37 insanın ölümünə və 125-nin yaralanmasına səbəb olan hadisəni törədən iki şəxsdən biri kürd militant qadın olub.

Rəsmilər qadının adını açıqlamayıb, lakin onun 1992-ci ildə Kars şəhərində anadan olub yaşadığın və 2013-cü ildə fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası PKK-nin sıralarına qoşulduğunu bildiriblər.

Ankaranın Kızılay meydanında partlayış son ayda hökumət rəsmilərinin kürd yaraqlılarını ittiham etdiyi ikinci hadisədir. Kürd yaraqlıları 30 ildir ölkənin cənub-şərqində muxtariyyət qazanmaq üçün hökumət qüvvələrinə qarşı döyüşür. Keçən ilin iyul ayından baş vermiş beş intiharçı hücumuna görə kürd yaraqlılar, ya da İŞİD cihadçıları günahlandırılıb.

"Dövlətimizin gücü və xalqımızın müdrikliyi ilə birliyimizi və sülhü hədəf alan terror şəbəkəsini kökünü kəsəcəyik."-Türkiyənin Xarici işlər naziri Mevlud Çavuşoğlu

Partlayışdan sonra Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan terrorizmi diz üstə çokdürəcəyini deyib.

Xarici işlər naziri Mevlut Çavuşoğlu Tvitter hesabında bildirib: "Dövlətimizin gücü və xalqımızın müdrikliyi ilə birliyimizi və sülhü hədəf alan terror şəbəkəsini kökünü kəsəcəyik."

Hücuma görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Səhiyyə nazirliyi hücumun hədəfinin avtobus dayancağında mülki vətəndaşların olduğunu bildirib.

Bu arada, Türkiyə hərbi qüvvələri hərbi təyyarələrin İraqın şimalında kürd yaraqlılarının mövqelərinin hədəf alındığı18 hava hücumunun həyata keçirildiyini bildirib.

Türkiyə hərbi qüvvələri iyul ayından PKK qrupuna qarşı hücumlar keçirir. aparır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan militantlar məğlub edilənə qədər mübarizənin davam etdiriləcəyini bildirib.

XS
SM
MD
LG