Accessibility links

Rəsmi Ankara: Avropa ilə miqrant sazişinə yenidən baxacağıq


Türkiyə Avropa İttifaqı ilə bütün miqrant razılaşmalarını yenidən nəzərdən keçirə biləcəyini bəyan edib. Ankara bu ölçüyə blokdan türklər üçün Avropaya vizasız gediş-gəliş əldə etmədiyi təqdirdə əl atacağını aydın edib.

Ankara miqrant sazişinin və viza liberalizasiyasının paket şəklində müzakirə edilyini deyir.

Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu A Haber telekanalına verdiyi müsahibədə miqrant sazişinin və viza liberalizasiyasının paket şəklində müzakirə masasında olduğunu bildirib. Odur ki, bu şərtlərdən biri yerinə yetirilmədiyi halda Türkiyənin sazişə son qoymaq hüququ olduöunu təkrarlayıb.

Çavuşoğlu həmçinin bildirib ki, ölkəsinin hazırda Rusiya ilə problemi yoxdur və Moskva ilə Suriya məsələsində əməkdaşlığı gücləndirməyə can atır. Türkiyə rəsmisinin bəyanatı Suriyada hökumət qüvvələrinin İdlib vilayətində törədilən kimyəvi hücumda 100-ə yaxın mülki vətəndaşı öldürməsindən sonraya təsadüf edir.

Türkiyə pasportu
Türkiyə pasportu

Həmin hücum ABŞ-ın Aralıq Dənizindəki hərbi gəmilərdən Suriya hava bazasına Tomahavk raketləri ilə zərbə endirməsinə səbəb olmuşdu.

Bu zərbələr ABŞ-ın Suriya prezidenti Bəşar əl-Əsədə qarşı ilk hərbi ölçüsü sayılır. Donald Tramp indiyədək prezidentliyinin ən mühüm qərarını verməklə ABŞ-ın Suriyadakı vətəndaş mübarhibəsindəki rolunu dramatik artırıb.

Türkiyə ABŞ-ın Əsədə qarşı raket zərbələrini dəstəkləyən ölkələr sırasındadır.

XS
SM
MD
LG