Accessibility links

Türkiyədə bomba hücumları ilə əlaqədar 9 nəfər saxlanıb



Türkiyənin baş nazir müavini Beşir Atalay şənbə günü 43 adamın ölümülə nəticələnmş bomba hücumları ilə əlaqədar doqquz nəfərin saxlandığını bildirib.

O, müxbirlərə saxlanılanların hücumla bağlı sorqu-sual edildiyini və bəzi etirafların əldə edildiyini deyib. Röyters xəbər agentliyinin verdiyi məlumata görə, saxlanılanların hamısı Türkiyə vətəndaşlarıdır.

Bundan öncə Suriyanın informasiya naziri Umran Əl-Zubi Türkiyə ilə sərhəddə Reyhanlı şəhərində onlarla insanın ölümü, 100-dən çox insanın yaralandığı hücumlara görə Dəməşqin məsuliyyət daşımadığını bildirib. Mətbuat konfransında danışan nazir heç kəsin yanlış ittihamlar etməyə haqqı olmadığını bomba hücumlarının Suriya hökumətinin işi olmadığını deyib.

Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu şənbü günü Hatay vialyətində hücumlara görə Suriyanı günahlandırmış və Türkiyənin bunun cavabında hər hansı bir tədbirə əl ata biləcəyini bildimişdi.

Hücumlara görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin Türkiyənin Baş nazir müavini Bülent Arınc şübhələrin Suriya prezident Bəşar Əl-Əsəd hökumətinin üzərinə düşdüyünü bildib.

Suriyada vətəndaş müharibəsi nəticəsində Türkiyəyə pənah gətirmiş çox sayda insana özünə Hatay vilayətində sığınacaq tapıb.
XS
SM
MD
LG