Accessibility links

ABŞ Türkiyənin ittihamlarına soyuqqanlı reaksiya verir [Təhlil]


Çərşənbə axşamı ABŞ rəsmiləri qəzəbli Türkiyə liderinin “Qərb terroru və ötən ay uğursuz nəticələnən çevriliş cəhdini həyatta keçirlənləri dəstəkləyir” ittihamlarına soyuqqanlı şəkildə cavab veriblər.

Prezident Rəcəb Tayyib Ərdoğan “fikirləri və məyusluğunu ifadə etməkdə azaddır,” deyə Dövlət Departamentinin mətbuat katibi Con Kirbi bildirib.

Biz necə strateji əməkdaşıq ki, siz hələ də mənim ekstradisiyasını tələb etdiyim insana ev sahibliyi edirsiniz?
R.T. Ərdoğan

Ərdoğan çərşənbə axşamı televiziyada yayımlanan çıxışı zamanı bir daha deyib ki, “ölkə içərisindəki aktyorlar xaricdə yazılan ssenarini həyata keçirdilər.” O, həmçinin vurğulayıb ki, Türkiyənin “dost bildikləri ölkələr çevrilişə cəhd edənləri və terroçuları dəstəkləyir.”

Dövlət Departamentinin sözçüsü təkid edib ki, Ərdoğanın çılğın şərhlərinə baxmayaraq “vacib olan məsələ Türkiyə ilə əməkdaşlığın davam etməsidir.”

Çıxışında Ərdoğan Birləşmiş Ştatları onun fikrincə demokratik yolla seçilmiş höküməti devirməyə çalışan keçmiş imam Fəthullah Güləni ekstradisiya etməyə çağırıb.

“Biz necə strateji əməkdaşıq ki, siz hələ də mənim ekstradisiyasını tələb etdiyim insana ev sahibliyi edirsiniz,” deyə Ərdoğan ABŞ hökümətinə sual ünvanlayıb.

20 ilə yaxındır öz istəyi ilə Birləşmiş Ştatlarda mühacirət həyatı yaşayan Ərdoğanın 75 yaşlı rəqibi Fəthullah Gülən qiyamla hər hansı bir əlaqəsinin olduğunu inkar edir.

Fəthullah Gülən
Fəthullah Gülən

Bu arada Türkiyə rəsmiləri ABŞ hökümətinə Ankaranın iddia etdiyinə görə, terror təşkilatına başçılıq edən Güləni həbs etməyin vacibliyini ətraflı əsaslandıran iki dəst sənəd göndərdiklərini deyir.

ABŞ rəsmiləri Türkiyənin tələbləri ilə bağlı hələlik şərh vermir. Onlar sadəcə sənədlərin qəbul edildiyini və hazırda təhlil olunduğunu deyib, eyni zamanda Ankaranın təkid etdiyi kimi rəsmi ekstradisiya tələbinin olub-olmadığını təsdiq etməyiblər.

Türkiyə prezidenti Vaşinqton və ölkənin digər NATO müttəfiqlərinə birgə qərargahlar rəisi, ABŞ Dəniz Donanmasının generalı Cozef Danford Türkiyənin baş naziri Binali Yıldırmla görüşəndən bir gün sonra qəzəblənib.

Türkiyə ordusunun bir hissəsinin çevriliş cəhdi nəticəsində 230 nəfər həlak olub.

Biz Amerikanın Gülənə qarşı bəzi ciddi tədbirlər görməsini" və Türkiyənin ekstradisiya tələbi müzakirə olunduğu ərəfədə “onun ABŞ torpağında fəaliyyətinin qarşısının almasını istəyirik.
Kamil Aydın

Bundan dərhal sonra Türkiyə höküməti daxili düşmən kimi qəbul edilən minlərlə insan çevriliş cəhdindən sonra ölkədə elan olunan fövqəlada vəziyyət çərçivəsində təqib olunub.

Ərdoğan Gülən tərfdarlarının bir daha çevrilişə cəhd etmələrinin qarşısını almaq üçün təqibləri vacib hesab edir.

Bu həftə bir qrup Türkiyə qanunvericisi Gülənin ekstradisiyasıı tələb etmək üçün Vaşinqton və Nyu-Yorkda səfərdədir.

“Biz Amerikanın Gülənə qarşı bəzi ciddi tədbirlər görməsini" və Türkiyənin ekstradisiya tələbi müzakirə olunduğu ərəfədə “onun ABŞ torpağında fəaliyyətinin qarşısının almasını və ya onun göz altına alınmasını istəyirik,” deyə sağçı Milli Hərəkat Partiyasının qanunvericisi Kamil Aydın Amerikanın Səsinə bildirib.

15 iyul qiyam cəhdindən sonra Türkiyədə kütləvi repressiyalar baş qaldırıb.
15 iyul qiyam cəhdindən sonra Türkiyədə kütləvi repressiyalar baş qaldırıb.

O və digər üç türk qanunverici Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazilirit və Dövlət Departamentinin rəsmiləri ilə görüşlər keçirib.

Türkiyə üzrə bir sıra müşahidəçi ölkəni iki islamçI hərəkatı arasında parçalanmış kimi təsvir edir. Bu hərəkatlardan birinə getdikcə avtoritarlaşan və qanun aliliyi və hakimiyyət qurumlarını zəiflədən Ərdoğan, digəri isə Amerikadakı evində Türkiyədən təcrid olunmuş vəziyyətdə yaşayan Gülən başçılıq edir.

Gülən daha öncə 2000-ci ilədə qiyabi mühakimə olunub və 2008-ci ildə bəraət qazanıb.

XS
SM
MD
LG