Accessibility links

Üç ABŞ senatoru Türkiyəyə F-35 döyüş təyyarələrinin satışının qarşısını almağa çalışır


Üç ABŞ senatoru cümə axşamı NATO müttəfiqi olan Türkiyəyə Lockheed Martin F-35 Joint Strike Fighter döyüş təyyarəsinin transferinin qarşısını almağa yönəlmiş qanun layihəsi təqdim edib.

Respublikaçılar Ceyms Lankford və Tom Tillis ilə Demokrat Cin Şahinin irəli sürdüyü qanun layihəsi Birləşmiş Ştatlarla İslam Dövləti qrupuna qarşı mübarizəni dəstəkləyən, lakin ABŞ-ın Suriyanın şimalında kürd döyüşçülərə dəstəyindən narahat olan Türkiyə arasında münasibətlərin pisləşdiyi vaxta təsadüf edir.

Üç senator qanun layihəsini təqdim etdiyi zaman bəyanat yayıb və həmin bəyanatda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “ehtiyatsız idarəetmə və qanun aliliyinə etinasızlıq” yolunda irəliləməsi ilə bağlı narahatlığını ifadə edib.

"Təəssüf ki, Türkiyənin strateji qərarları getdikcə ABŞ maraqlarına zidddir. Bu səbəbdən də, F-35 texnologiyasının Ərdoğan rejiminə transfer olunması çox risklidir," deyə Lankford bəyanatda bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyənin Vaşinqtondakı səfirliyi məsələ ilə bağlı şərh verməyib.

Ərdoğan 2016-cı ilin iyul ayında çevriliş cəhdindən sonra ölkədə fövqəladə vəziyyət elan edib. O zamandan bəri, o, on minlərlə insanı həbs edib, müxalif düşüncəli insanları təqib edib və ordu ilə bürokratiyada təmizləmələr aparıb. O, çevriliş cəhdidin arxasında ABŞ-da yaşayan din xadiminin tərəfdarlarının olduğunu iddia edir.

Ərdoğan İslam Dövləti qrupuna qarşı mübarizədə ABŞ-ın əsas müttəfiqi olun, lakin bu ilin əvvəli suriyanın şimal-qərbində kürdlərin çoxluq təşkil etdiyi Afrin regionuna qoşun göndərib və ABŞ-ın şimali Suriyada yerli təhlükəsizlik qüvvəsi yaratmaq planlarının qarşısını almaqla hədələyib.

Senatorlar Türkiyənin Ərdoğanın təqibləri zamanı uzun müddətdir Türkiyədə yaşayan amerikalı yevangelist vaiz Endrü Bransonu həbs etməsi ilə bağlı narahatlıqlarını dilə gətirib.

Prezident Ərdoğanın Birləşmiş Ştatlar üzərində güc əldə etmək üçün günahsız amerikalıları həbs edib, girov götürməsi qanunsuz və yolverilməzdir," deyə bəyanatda Şahin bildirib.

Türkiyə 100-dən çox F-35 təyyarəsi almağı planlaşdırır.

Döyüşçü təyyarənin parçalarının bəzirlərini Türkiyə şirkətləri istehsal edir. Ankaranın bir il ərzində ilk təyyarəni alması nəzərdə tutulub.

Bu qanun layihəsi F-35-lərin Türkiyəyə transferinin qarşısını alacaq və Ankaranın döyüşçüləri dəstəkləmək üçün lazım olan texniki məlumat və ya əqli mülkiyyət almasını məhdudlaşdıracaq.

O həmçinin ABŞ prezidentinə Türkiyənin NATO-nun təhlükısziliyinə xələl gətirəcək addımlar atmadığını və nahaq yerə ABŞ vətəndaşlarını həbs etmədiyini təsdiqləyərək bu məhldudiyyətləri aradan qaldırmaq səlahiyyəti verəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG