Accessibility links

Türkiyənin xaricdəki ən böyük hərbi bazasının açılışı oldu


Somalinin baş naziri Həsən Əli Xayre və Türkiyə ordusunun rəhbəri, general Hulusi Akar.
Somalinin baş naziri Həsən Əli Xayre və Türkiyə ordusunun rəhbəri, general Hulusi Akar.

Türkiyənin ən böyük xarici hərbi bazasının açılışı oldu. Şənbə günü Somalinin paytaxtı Moqadişuda keçirilən açılış mərasimində Somali rəhbərliyi, Türkiyənin hərbi rəsmiləri və diplomatlar iştirak ediblər.

Somalinin baş naziri Həsən Əli Xayre və Türkiyə ordusunun rəhbəri, general Hulusi Akar açılışında iştirak etdikləri 4 kvadrat kilometrlik bazada üç hərbi yaşayış kompleksi, təlim sahələri və idman meydançası var. Bu bazanın tikilməsinə son iki il sərf edilib.

General Akar bildirib ki, bu baza Türkiyənin Somaliyə yardım etmək istməsinin ən böyük göstəricisidir.

Baş nazir Xayre isə öz növbəsində ölkədəki təlim bazasının əhəmiyyətini qeyd edib.

Somalinin Müdafiə Nazirliyinin verdiyi məlumata görə, 200-dən artıq Türkiyə hərbi heyəti eyni anda 1,500 Somali əsgərinə təlimlər keçəcək.

Somalidə əhəmiyyətli sayda hərbi heyətin mövcud olmasına baxmayaraq, onların hazırlılığı və təchiz olunmaları aşağı səviyyədədir. Keçən həftə hökümət, dəfələrlə təkrar ediyi dünya liderləri tərəfindən ölkəyə tətbiq olunan beynəlxalq silah embarqosunun qaldırılmasını tələbini yenidən səsləndirib.

ABŞ Moqadişuda onlarla əsgər yerləşdirib və 1994-cü ildən bəri ölkədə çalışan əks-terrorizm müşavirlərindən ibarət kiçik qrup nəzərə alınmasa, bu, ABŞ-ın Somalidə yerləşdirdiyi ilk hərbi kontingentidir

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG