Accessibility links

Ərdoğan çevriliş cəhdinin xaricdən planlaşdırıldığını iddia edir [Təhlil]


Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan keçən ay baş verən çevriliş cəhdinin ölkə xaricindən planlaşdırıldığını bir daha vurğulayıb.

Bu çevriliş cəhdi sadəcə ölkə içində planlaşdırılmayıb. Bunun iştirakçıları xaricdə yazılmış ssenari əsasında hərəkət edib.

“Bu çevriliş cəhdi sadəcə ölkə içində planlaşdırılmayıb. Bunun iştirakçıları xaricdə yazılmış ssenari əsasında hərəkət edib,” deyə Ərdoğan televisiyada çıxışı zamanı bildirib.

Bu ittihamlar belə görünür, müsəlman dini xadim Fətullah Gülənə aiddir. O, 20 ilə yaxındır ki, Birləşmiş Ştatlarda yaşayır və çevrilişlə əlaqəsi olduğunu rədd edir.

Türkiyə ABŞ-dan 75 yaşlı Gülənin ekstradasiyasını tələb edib və onun çevrilişdə əli olduğuna dair sənədləri ABŞ rəsmilərinə göndərib.

Prezident Rəcəb Tayyib Ərdoğan çevriliş cəhdindən sonra kütləvi həbslərə start verib.
Prezident Rəcəb Tayyib Ərdoğan çevriliş cəhdindən sonra kütləvi həbslərə start verib.

Ərdoğan həmçinin Qərbi terrorizmi dəstəkləməkdə ittiham edib. Bu, onun 15 iyul çevriliş cəhdindən sonra Qərbi ən kəskin şəkildə tənqid etdiyi çıxışıdır.

“Təəssüf ki, Qərb terrora dəstək verir və çevriliş törətmək istəyənlərin yanında dayanır. Bizim dost saydığımız insanlar çevriliş törətmək istəyənlərin və terrorçuların yanında dayanır,” deyə Ərdoğan bildirib.

Ərdoğan xüsusilə Avropa İttifaqını qeyri-qanuni miqrant axınının qarşısını adığına görə Türkiyəyə kompensasiyaya dair verdiyi sözü tutmamaqda günahlandırır.

İqtisadi təsirlər

Ölkədə 50 mindən çox insan işini itirib, 18 min nəfər çevriliş cəhdi ilə əlaqədar saxlanılıb. Bu rəqənlər Qərb hökumətləri və insan haqqları qruplarının tənqidlərinə və narahatlıqlarına səbəb olub.

Son olayların ölkə iqtisadiyyatına vurduğu zərər təxminən 100 miliyon dollar təşkil edir.

Türkiyənin ticarət nazirliyinin verdiyi məlumata görə, baş tutmayan çevriliş cəhdinin ölkə iqtisadiyyatına vurduğu zərər təxminən 100 miliyon dollar təşkil edir.

Türkiyənin gömrük xidməti və ticarət naziri Bulent Tüfenkci deyir ki, hökumət tərəfindən görülən tədbirlər üçün maliyyə, eləcə də binalar və özəl mülkiyyətə dəymiş zərər ümumilikdə təqribən 100 miliyon dollar kimi hesablansa da, bu rəqəm arta bilər.

Tüfenkçi Hürriyyət qəzetinə bildirib ki, xarici sifarişlər çevriliş cəhdindən sonra təxirə salınıb və investorların hökumətə inamının itməsi ölkə iqtisadiyyatına daha baha başa gələ bilər.

“Qiyamçılar Türkiyəni üçüncü dünya ölkəsi kimi görünməsinə səbəb oldu. İnvestorlar küçələrdə tank şəkilləri və parlamentin bombalanmasını gördükdən sonra ölkəyə gəlmək istəmirlər,” deyə Tüfenkçi bildirib.

Bununla belə, o, gələcəyə nikbinliklə yanaşır və hökumətin çevriliş cəhdinə cavabını alqışlayır. O deyir ki, bu hadisə başqa ölkədə baş versəydi, maliyyə bazarlarının fəaliyyətini bərpa etməsi üçün bir həftə lazım ola bilərdi. Türkiyədə isə iyulun 15-də çevriliş cəhdindən sonra növbəti bazar ertəsi maliyyə bazarları öz işini adəti üzrə davam etdirib.

“Faizlər həddindən artıq yuxarı qalxmadı. Birjada itkilər məhdud səviyyədə oldu. Xalq ayaqda möhkəm dayandı,” deyə Tüfenkçi bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG