Accessibility links

Türkiyə ciddi iqtisadi böhran astanasındadırmı?


Türkiyədə müşahidə edilən rekord səviyyədə yüksək inflyasiya və yerli valyutanın zəifləməsi, ölkənin ciddi maliyyə və iqtisadi böhran astanasında olması ilə bağlı qorxulara səbəb olub.

Türkiyənin Mərkəzi Bankı monetar siyasətin dəyişdirilməsi üçün əlində olan bütün vasitələrdən istifadə edəcəyinə söz verib. 13 sentyabr tarixində keçiriləcək görüşdə faiz dərəcələri müzakirə ediləcək.

Buna baxmayaraq, təhlilçilər faiz dərəcələrinin aqressiv artırılmasının inflasiyanın qarşısını almaq və ya lirənin qorumaq üçün kifayət etməyəcəyi haqda xəbərdarlıqlar edirlər.

Keçən həftə ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı tariflər tətbiq edəcəyini bildirməsindən sonra, Türkiyə valyutası sürətlə dəyərini itirməyə başladı.

Tramp bu addımı amerikalı keşiş Endrü Bransonun Türkiyədə həbsinə cavab olaraq atıb. Branson Türkiyədə terror təşkilatçılığında ittihamı edilir.

Türkiyənin yüksək apellyasiya məhkəməsi bazar ertəsi ABŞ təzyiqlərə məhəl qoymadan Bransonun azadlığa buraxılmasına imtina edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG