Accessibility links

Türkiyə prezidenti İrana səfər edib


Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Suriya və Yəməndə vəziyyətlə əlaqədar regional gərginliklərə baxmayaraq İrana rəsmi səfər edir.

Türkiyənin yüksək səviyyəli rəsmilərindən ibarət olan nümayəndələrindən heyəti ilə səfər edən cənab Ərdoğan İranın Ali dini rəhbəri Ayətullah Xameneyi ilə görüşdən öncə prezident Həsən Ruhani ilə danışıqlar aparıb.

İranın İRİNN xəbər agentliyinə istinadən cənab Ruhani bildirib ki, o və cənab Ərdoğan Yəməndə dərhal atəşkəs məsələsində yekdil fikrə malikdir. Onun sözlərinə görə, İran, Türkiyə və regionun digər ölkələri Yəməndə sabitliyin əldə olunması və bütün tərəflərin təmsil olunduğu hökumətin yaradılması işinə yardım etməlidir.

Bəzi İran qanunvericiləri cənab Ərdoğanın Yəməndə İranın dəstəklədiyi huti şiə üsyançılara qarşı Səudiyyə Ərəbistanının başçılıq etdiyi hava hücumu kampnasiyasına dəstək verdiyi üçün səfərin təxirə salınmasını çağırıblar.

Türkiyə həmçinin Suriyada prezident Bəşar Əl-Əsədin hakimiyyətdən salınması uğrunda döyüşən üsyançılara reginda dəstək verən başlıca ölkədir.

İran və Türkiyə arasında mühüm iqtisadi əlaqələr mövcuddur. İran Türkiyənin əsas təbii qaz təchizatçısıdır.

XS
SM
MD
LG