Accessibility links

Türkiyə və İran arasında gərginliklər artır


Türkiyə və İran arasında gərginliklərin artdığı müşahidə edilir. İki ölkənin diplomatları arasında söz müharibəsi Türkiyə və İranın regionda nüfuz uğrunda mübarizə apardığının göstəricisi hesab edilir.

“İran bizim mühüm qonşumuzudr. Biz İranla həmişə dialoq aparmışıq. Lakin bu o demək deyil ki, biz İranın regionda nüfuzunu artırmaq səylərinə əhəmiyyət vetrməyəcəyik”-deyə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalin bildirib.

O, mətbuat konfransı zamanı iki ölkə arasında üstüörtülü şəkildə təhdidlərə nümunə olacaq bir şəkildə İranın Ali dini rəhbəri Ayətullah Əi Xameneyinin əsas müşavirlərindən biri olan Əli Əkbər Vilayətinin açıqlamalarına cavab verib.

Vilayəti deyib ki, Türkiyə əsgərləri İraq və Suriyadan çıxmalıdır, ya da “onları oradan çıxaracaqlar”.

“Onlar ciddidir. Mən onu nəzərdə tuturam ki, İran və Türkiyə arasında rəqabət ciddidir. Hamı bunu bilir. Onlar elə bil kiçik bir otaqda iki fildir”-deyə Global Source Partners biznes məsləhət şurasında siyasi təhlilçi Atilla Yeşilada bildirir. “İran tamamilə aydındır ki, ekspansionist bir ölkədir. Onların məqsədi Tehrandan Livana qədər şiə çevrəsi yaratmaqdan ibarətdir. Bu, heç kim üçün sirr deyil. Ən azından Türkiyə perspektivindən”-deyə o qeyd edir.

Ekspertlər bildirir ki, dini məzhəbçilik şiə İran və əsas etibarilə sünni Türkiyə arasında gərginlikləri göstərir.

İran tamamilə aydındır ki, ekspansionist bir ölkədir. Onların məqsədi Tehrandan Livana qədər şiə çevrəsi yaratmaqdan ibarətdir. Bu, heç kim üçün sirr deyil.
Təhlilçi Atilla Yeşilada

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünü sünni müsəlmanların hüquqlarının müdafiəçisi kimi təqdim etməyə çalışır. O, İranı dini məzhəbçilikdə ittiham edir. Tehran bu ittihamı rədd edir. Bu ayın əvəli Ərdoğan Tehranın dəstəklədiyi Hizbullah qrupunu terrorçu təşkilat olmaqda ittiham edib.

Lakin Türkiyədə Ankaranın "çox uzağa getdiyi" ilə bağlı narahatlıqlar da səsləndirilir. Türkiyənin keçmiş yüksək səviyyəli diplomatı olmuş Aydın Selcen Ankaranın qarşıdurma mövqeyini yumşaltmalı olduğunu hesab edir. ”Bizim hərbi gücümüz nədir, xarici siyasətdə gücümüz, kəşfiyyat sahəsində gücümüz nədən ibarətdir? Biz regional qüdrətikmi? Bəli. Qobal səviyyədə qüdrətli dövlətikmi? Xeyr. Biz bütün bu problemləri özümüz həll edə biləcək bir regional gücükmü? Xeyr. Biz İran kimi başqa regional qüdrətlərlə işləməliyik”-deyə o bildirir.

Ərdoğan dəstək məqsədilə sünni ölkələrə üz tutub. Bu ay o, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrinə səfər edib. Müşahidəçilər danışıqların diqqət mərkəzində İranın nüfuzunun qarşısının alınması məsələsinin olduğunu deyir. Təhlilçilər ABŞ prezidenti Donald Trampın Ankaranın mövqeyinə təsir göstərə biləcəyini deyir.

İran kürd kartından istifadə edə bilər. Türkyə İranı əvvəllər də PKK-ya sığınacaq vermək və yardım göstərməkdə ittiham edib. Lakin burada bir dilemma var. İranın özünün kürd azlıqla problemi var, buna görə də əli yana bilər.
Siyasi şərhçi Semih İdiz

“Trampın İrana qarşı əzələ nümayiş etdirməsilə Ankara bu antaqonizmi açıq müstəviyə gətirmək və Suriyada və İraqda uzun müddətdir davam edən münaqişəni nəhayət həll etmək üçün imkanı əldə etdiyini düşünə bilər”-deyə Atilla Yeşilada bildirir.

Lakin o xəbərdarlıq edir ki, Ankara bunun bədəlini ödəmiş ola bilər. Tehranın "başqasının əli ilə müharibə aparmaq ustası" olduğu halda Ankara üçün bu rəqabətin nəticələri təkcə Tehranla ticarətlə bitməyə bilər. Regional ekspertlər deyir ki, Tehran bölgədə kürdlərin üsyançı qrupu olan PKK və onunla əlaqəsi olan başqa qruplarla dil tapmağa çalışır.

“İran kürd kartından istifadə edə bilər. Türkyə İranı əvvəllər də PKK-ya sığınacaq vermək və yardım göstərməkdə ittiham edib. Lakin burada bir dilemma var. İranın özünün kürd azlıqla problemi var, buna görə də əli yana bilər”-deyə, Al Monitor vebsaytının siyasi şərhçisi Semih İdiz bildirir.

Təhlilçilər İran və Türkiyə arasında gərginliklərin iki ölkənin nüfuz uğrunda mübarizə aparmağa davam etməsi ilə artacağını gözlədiklərini bildirir.

XS
SM
MD
LG