Accessibility links

Türkiyə islam bank sisteminə qoşulmağa çalışır


Dünya ölkələrində iqtisadi tənəzzülün davam etdiyi bir vaxt Türkiyə hökuməti 1 trilyon dollar maliyyə dövriyyəsi olan islam maliyyə sektoruna qoşulmaq istədiyini bəyan edib.

Türkiyənin dünyəvi dövlət olmasına baxmayaraq, ölkə əhalisini müsəlmanlar təşkil edir. On ildir islam meylli Ədalət və İnkişaf partiyasının hakimiyyəti altında olan Türkiyədə islam ənənəsinə əsasında qurulan biznesin inkişafı müşahidə olunur.

İstanbulda yerləşən “Qlobal Source Partners” araşdırma institunda təhlilşi Atilla Yeşilada Türkiyə hökumətinin islam maliyyə sisteminə üz tutmasını ağıllı addım kimi qiymətləndirir. “Sələm faizi almaqdan imtina edən insanlar və təsisatlar var. Bu adamlar pullarını faiz gəlmyən hesablarda saxlayır. Onlar Quranda sələm faizinin günah olduğuna inandıqları üçün böyük itkilər verir. Buna görə də Türkiyədə islam bankı xidmətlərinə böyük ehtiyac duyulur, həm dindar müştərilər, həm də körfəz ölkəri üçün.”

İslam bankları sələm faizini qadağan edən qaydalar əsasında işləyir. Lakin islam bank şirkətləri gəlir əldə etmək üçün müsəlman ənənəsinə sadiq prinsiplər əsasında işləyir.
Son on ildə bu sektor 1 trilyon dollarl məbləğində vəsaiti olan nəhəng sənaye sahəsinə çevrilib.

Bu vəsaitin böyük hissəsi enerji mənbələri ilə zəngin Körfəz ölkələri və Şimali Afrika regionu sayəsində əldə edilib. Türkiyənin özündə artım bir o qədər yüksək olmayıb. Ölkədə yalnız dörd maliyyə təsisatı islam maliyyə xidmətləri təklif edir və onların müəyyən qədər gəliri olub.

Ömer Bolat Albayrak qrupunun icraçı direktorudur. O, islam biznes birliyi Musiad-ın keçmiş rəhbəridir. Onun sözlərinə görə, Türkiyənin əvvəlki dünyəvi hökumətlərinin buna şübhə ilə yanaşması nəzərə alınsa, hazırkı hökumətin islam maliyyə bazarına daxil olmaq qərarı mühüm siyasi qarantiyalar verir. “Hazırkı hökumətin hakimiyyətə gəlməsindən öncə, hakimiyyətdən gedən əvvəlki hökumətlər islam bank sektoruna müsbət münasibət bəsləmirdi və sərəncam, ya da qanunvericilik aktı ilə bankları bağlaya bilərdi. Əmanətçilər də bank bağlandığı halda, əmanətlərini itirə biləcəklərindən qorxurdu.”

Müşahidəçilərin fikrincə, islam bankları Türkiyəyə şəriət xidmətlərinin təklifdən qat-qat artıq olduğu Körfəz və Asiya ölkələrindən daha böyük maliyyə vəsaitinin cəlb edilməsinə kömək edəcək.

İstanbulda Finansbank bankda aparıcı iqtisadçı İnana Demir deyir ki, bu, İstanbulun regional maliyyə mərkəzinə çevrilməsinə gətirib çıxara bilər. “Hökumət və iqtisadi administrasiya regional maliyyə mərkəzi yaratmaq istəyirsə, bu mərkəz islam təcrübəsinin üstünlük təşkil etdiyi Yaxın Şərq və Şimali Afrikanı da əhatə etməlidir. Buna görə də bu mənada Yaxın Şərq və Şimali Afrika bazarlarından da reaksiya olacaq.”

Hazırda Türkiyənin maliyyə sektoru və ümumilikdə iqtisadiyyatında ticarətin əsas hissəsi Avropanın payına düşür. Lakin Avropanın hələ də maliyyə problemləri ilə məşğul olduğu bir vaxt, Türkiyə iqtisadiyyatı divertifikasiyalaşmağa çalışaraq, Yaxın Şərq və Şimali Afrikada alternativ bazarlara çıxış yolları axtarır. Bu strategiyanın gerçəkləşdirilməsi üçün islam maliyyə sektorunun inkişaf etdirilməsi faydalı vasitələrdən biri hesab edilir.
XS
SM
MD
LG