Accessibility links

Türkiyədə koalisiya üzrə mümkün tərəfdaşlar arasında görüşlər keçirilir


Türkiyənin Baş naziri Əhməd Davudoğlu və CHP lideri Kamal Kılıçdaroğlu Ankarada görüş zamanı, 13 iyul 2015
Türkiyənin Baş naziri Əhməd Davudoğlu və CHP lideri Kamal Kılıçdaroğlu Ankarada görüş zamanı, 13 iyul 2015

Ədalət və İnkişaf Partiyası liderinin ilk görüşü mərkəz-sağçı CHP ilə baş tutub

Türkiyə Baş naziri Əhməd Davudoğlu koalisya tərəfdaşı axtarışında müxalifət liderləri ilə görüşlərə başlayıb. Ədalət və İnkişaf Partiyası liderinin ilk görüşü mərkəz-sağçı CHP ilə baş tutub. Bu iki partiya Türkiyənin ən böyük partiyalarıdır və siyasi spektrin əks tərəflərində yer alır. Lakin Amerikanın Səsinin İstanbuldakı əməkdaşı Dorian Cons Türkiyədə xalqın artıq “böyük” koalisiya istədiyi haqda xəbər verir.

CHP ilə koalisiya həmçinin cənab Ərdoğanın gücünü məhdudlaşdıracaq. Prezident artıq AKP-yə öz iradə və gücünü tətbiq edə bilməyəcək.

Baş nazir Əhməd Davudoğlu CHP lideri Kamal Kılıçdaroğlu ilə birlikdə güclü koalisiya hökümətinin yaradılması məsələsində razılığa gəldiklərini deyib. Cənab Davudoğlu bu danışıqların ilkin olduğunu və müzakirələrin ikinci raundunun gələn həftəyə təyin olunduğunu vurğulayıb.

İstanbulda yerləşən Marmara Universitetində siyasi təhlilçi Yüksəl Daşqın deyir ki, ölkənin ən böyük iki partiyası arasında koalisiya yaratmaq çətin olacaq.

“Kılıçdaroğlunun ətrafında koalisiyaya daxil olmaq istəyənlər olmasına baxmayaraq, CHP seçiciləri arasında AKP-yə qarşı güclü antipatiyası olanlar da mövcuddur.”

40 ildən sonra ilk dəfə olaraq hakimiyyətdə olmaq imkanı mərkəz sağ cinahı koalisiya yaratmağa təşviq edir.

Lakin təhlilçilərə əsasən AKP üzvləri arasında belə koalisiyanın yaradılmasına güclü müqavimət var, belə ki onların çoxu dindar müsəlman seçiciləri təmsil edir. Dünyəvilik tərəfdarı olan CHP bir zamanlar dövlət binalarında hicab geyməyin qadağan olunmasını dəstəkləyirdi.

Türkiyənin Milliyet qəzetinin siyasi köşə yazarı Kadri Gürsel AKP-CHP koalisiyasının müsbət cəhətlərinin olduğunu deyir.

“CHP ilə hər hansı bir koalisiyanın daha böyük sosial təməli olacaq və ölkədəki gərginliyi azaldacaq. Bu koalisiya həmçinin cənab Ərdoğanın gücünü məhdudlaşdıracaq. Prezident artıq AKP-yə öz iradə və gücünü tətbiq edə bilməyəcək.”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan

Sabiq AKP nazirlərinə qarşı rüşvətxorluqla bağlı istintaqın başladılması çağrışları ilə yanaşı, CHP lideri Kılıçdaroğlu hər hansı bir koalisiya yaradılsa prezident Rəcəb Tayyib Ərdoğanın hökümətin gündəlik işlərinə müdaxilə etməməsi kimi əsas tələb irəli sürüb.

Siyasi təhlilçi Daşqın deyir ki, CHP-nin tələbləri yerinə yetirilsə belə, mərkəz-solçu partiya bir çox problemlə üzləşəcək.

“CHP-nin belə bir problemi olacaq: əksər dövlət orqanları sağçılar tərəfindən idarə olunacaq. Mühafizəkarlar, millətçilər, İslamçılar dövlət bürokratiyasında üstünlük təşkil edir.”

Müxalifət liderləri ilə görüşməyə davam edən cənab Davudoğlu çərşənbə günü millətçi MHP partiyasının lideri Dövlət Bağçalı ilə görüşəcək.

XS
SM
MD
LG