Accessibility links

Polis İstanbulda nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və təzyiqli sudan istifadə edib



Türkiyə polisi İstanbulun mərkəzində keçən ay hökumət əleyhinə nümayişlərin mərkəzində olan parka daxil olmaq istəyən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edib.

Aksiyanın təşkilatçısı olan siyasi qrupların birliyi əsasında yaradılmış Taksim Həmrəylik platforması girişi bağlanmış Gezi parkına daxil olmağa çağırıb, lakin İstanbul valisi bunun qarşısının polis tərəfindən alınacağı haqda xəbərdarlıq edib.

Polisin Gezi parkı ilə bağlı plana etiraz edən nümayişləri dağıtması Türkiyədə keçən ay tənqidçiləri tərəfindən on il hakimiyyətdə qaldıqdan sonra avtoritarizmdə ittiham edilən baş nazir Rəcəp Tayyib Ərdoğana qarşı ölkə boyu geniş etirazlara səbəb olmuşdu.

Taksim meydanında toplaşmış nümayişçilərin iğtişaş polisinə məhkəmənin meydanda Osmanlı dövrünün baraklarına oxşar tikililərin inşası planlarınının ləğv edilməsi haqda qərarını göstərdiyi haqda məlumat verilir. Baş nazir Ərdoğan yeni inşaat işlərini əhatə edən planı dəstəkləyirdi.
XS
SM
MD
LG