Accessibility links

Türkiyə qoşunları Suriyaya girir


Türkiyə öz qoşunlarını Suriyanın İdlib vilayətində yerləşdirib. Bu addım regionun cihadçılar tərəfindən nəzarətinə son qoymaq cəhdlərinin tərkib hissəsidir.

Türkiyə ordusu rəsmiləri cümə günü bildiriblər ki, Türkiyə qoşunları ərazidə nəzarət postları qurublar. Hürriyet qəzetinin verdiyi məlumata görə, Türkiyə Suriyanın şimal-qərb regionuna 100-dən çox əsgər və 30 zirehli texnika göndərib. Qəzet əlavə edir ki, növbəti günlərdə əraziyə daha çox hərbi qüvvə göndəriləcək.

Türkiyə qoşunları prezident Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq istəyən Azad Suriya Ordusunu dəstəkləyir.

Televiziya ilə yayımlanan çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, “biz bir gecə, gözlənilmədən gələcəyimizi demişdik... dünən gecə əməliyyatlar başladı.”

İraq və Suriyadan gələn 3 milyona yaxın qaçqın Türkiyədə məskunlaşıb. Təhlükəsizlik ekspertləri Türkiyənin humanitar böhranla üzləşə biləcəyini və İdlibdə yerləşən cihadçıların ölkənin təhlükəsizliyinə ciddi hədə olduğunu xəbərdarlıq ediblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG