Accessibility links

Türkiyə mətbuatı: Rusiya ilə Suriyada atəşkəsə dair razılıq əldə edilib


Türkiyə mediasının verdiyi məlumata görə, Ankara və Moskva arasında Suriya ərazisində atəşkəsə dair razılıq əldə edilib. Rusiya rəsmiləri məlumatla bağlı şərh verməkdən imtina edib. Üsyançı qruplar isə belə bir razılığın mövcud olmadığını bildirib.

“Suriya məsələsinin həlli ilə bağlı iki sənəd mövcuddur. Onlardan biri siyasi həlli nəzərdə tutur, digəri isə atəşkəsə aiddir. Onlar hər hansı bir vaxt həyata keçirilə bilər,” deyə Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu bildirib.

Suriya, Hələb
Suriya, Hələb

Moskva və Ankara arasında son zamanlar danışıqların intensivləşdirildiyi müşahidə edilir. Bu ayın əvvəli hər iki tərəf atəşkəsə dair razılığın əldə edilməsi və üsyançıların nəzarətində olan Hələbdən sakinlərin təxliyyə edilməsində vasitəçi rolunda çıxış edib. Keçən həftə Türkiyə, İran və Rusiya xarici işlər nazirləri Suriyada vəziyyəti müzakirə etmək məqsədilə Moskvada zirvə görüşü keçirib.

Türkiyənin xarici işlər nazirliyinə əsasən, Çavuşoğlu arasında bu həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iki dəfə telefon söhbəi olub.

“Rusiya və Türkiyə Suriya münaqişəsində əks tərəfdə dayansa da, təhlilçilər hər iki ölkənin münaqişənin həllində bir-birinin vacib rolunu tanıdığını bildirir. “Bu səylər olduqca vacibdir, lakin onların əhəmiyyətini nəticələr müəyyən edəcək,” Al-Monitor veb səhifəsinin təhlilçisi Semih İdiz qeyd edib. “Hələbin misalında biz gördük ki, bəzi nəticələr var. Əgər atəşkəs davam etdirilsə, bu, Suriya üçün diplomatik yolda olduqca mühüm bir addım olacaq,” deyə o bildirib.

XS
SM
MD
LG