Accessibility links

Türkiyə seçiciləri Ərdoğanın daha geniş səlahiyyətlər almasına imkan vermədi


Türkiyənin iqtidar partiyası parlament seçkilərində mütləq əksəriyyəti itirib. Bu, prezidentə daha geniş səlahiyyətlər verəcək prezident demokratiyasının yaradılması üçün konstutisiyaya dəyişikliklər edilməsi istəyən Türkiyə lideri Rəcəp Tayyib Ərdoğan üçün böyük məğlubiyyət hesab edilir.

Səslərin 80-dən çox faizinin hesablandığı bir vaxt cənab Ərdoğanın islama əsaslanan Ədalət və İnkişaf partiyasının səslərin 41 faizini aldığı bildirilir. Bu, partiyanın 2011-ci il seçkiləri zamanı aldığı səslərin 50-dən az hissəsi təşkil edir.

Kürd tərəfdarı Demokrat Partiyası ik dəfə olaraq parlamentə daxil olmaq üçün lazım olan 10 faiz səs alaraq, parlamentdə 74 yer qazanıb. Digər yerləri başqa partiyalar qazanıb.

Seçkilərin nəticələri 2002-ci ildə hakimiyyətə gəlməsindən sonra cənab Ərdoğanı ilk dəfər olaraq koalisiya hökuməti formalaşdırmağa vadar edə bilər.

Təhlilçilərin fikrincə, belə görünür, yeni parlamentdə 85 yer alan MHP cənab Ərdoğanın partiyası ilə koalisiya yaradacaq. Lakin partiyanın bir rəsmisi deyib ki, bunu indidən söyləmək hələ tezdir.

XS
SM
MD
LG