Accessibility links

Türkiyə və ABŞ rəsmiləri Suriya böhranının həlli məqsədi ilə görüş keçirib


Ankarada Türkiyə və ABŞ rəsmiləri Suriya böhranının həlli məqsədi ilə ilk dəfə görüş keçirib. Görüş zamanı hərbi koordinasiya, kəşfiyyat və siyasi cavabları əhatə edən əməliyyat planlaşdırması məsələsi müzakirə edilib.

Bu gün Dəməşqdə danışan Suriyanın xarici işlər naziri Feysəl Miqdad Türkiyəni müxalif qüvvələri silahla təmin etməkdə günahlandırıb.

Miqdad bu həftə Yaponiya jurnalisti Mika Yamamotonun öldürülməsinə görə təəssüf hissini dilə gətirib. Lakin nazir jurnalistin ölkəyə necə daxil olduğunu sual altına alaraq, hökumətin onun qətlinə görə cavabdehlik daşımadığını deyib.

Yaponiyalı jurnalistin döyüşlər zamanı öldürüldüyü, Əl-Hürrə televiziyasının 2 jurnalistinin isə itkin düşdüyü deyilir.

Yaponiya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, 45 yaşlı Mika Yamamoto ölkənin şərqindəki Hələb şəhərinə güllə ilə vurulub. Baş qərargahı Tokyoda yerləşən Yapon Press-də çalışan jurnalist bir vaxtlar Əfqanıstan və İraqda işləyib.

Əl-Hürrə Suriya hökumətini jurnalistləri-Bəşar Fəhmi və Cüneyt Ünalın təhlükəsizliyini təminat altına almağa çağırıb.
XS
SM
MD
LG