Accessibility links

Türkiyə hökumətinin Suriya siyasəti əhali tərəfindən birmənalı qarşılanmır


Ankaranın siyasətinə dəstək azalmaqdadır

Türkiyədə bu yaxınlarda keçirilən rəy sorğularının nəticələri türklərin yalnız 18 faizinin öz hökumətlərinin Suriya müxalifətini dəstəkləməsinə yaxşı münasibət bəslədiyini göstərib. Bu, son bir neçə ay ərzində keçirilən sorğu olmaqla yanaşı, hökumətin Suriya siyasətinə dəstəyin kəskin şəkildə endiyini və hökumətə Suriya siyasətini yenidən müəyyən etmək üçün təzyiqlərin artdığını göstərib.

Bu problemlərin Rəcəb Təyyib Ərdoğanın mötədil islamçı hökumətinə təhlükə doğurmağına baxmayaraq, Türkiyə rəsmiləri Suriyaya dair öz siyasətlərini dəstəkləyirlər.

Lakin sorğunun nəticələri daxili dəstəyin azaldığını göstərir. Türkiyə liderləri keçən il Suriya prezidenti Bəşər Əl-Əsədə qarşı çıxmağın nəticələrinin öhdəsindən çətinliklə gəlir.

Türkiyənin "Milliyət" qəzetinin siyasi şərhçisi Səmih İdiz deyir ki, dəstəyin azalmasına səbəb hökümətin Suriya prezidenti Bəşər Əl-Əsədin hakimiyyətdən çox erkən gedəcəyinə dair siyasətin yanlış olmasının daha tez dərk edildiyi üçün baş verib.

Müxbir fikirlərini belə ifadə edib: “Bəli, mən elə düşünürəm ki, biz gələcək aylarda böyük ehtimalla siyasətdə dəyişiklik olacağını müşahidə edəcəyik, bu, Əsəd və rejiminin hakimiyyətdə qalmağa davam edəcəyi təqdirdə baş verəcək. Bu, daha çox qlobal təşəbbüslərlə hakimiyyətin özünü inkar etməsi və tərəfsiz görünməsi ilə müşahidə olunacaq.”

Türkiyənin Suriya ilə uzun sərhəd zolağına sahib olması bu problemi lap əvvəldən türklər üçün müşkül məsələ edib. Türk mediası və siyasi müxalifətçilər vəziyyəti siyasi yanlışıq kimi qiymətləndirirlər. Həmçinin türk ictimaiyyəti Ərdoğanın yanlışlıqla Birləşmiş Millətlər Təşkilatına Türkiyənin qabarmış qaçqın probleminə yardım göstərmək icazəsinə və səs-küyə səbəb olan sünni üsyançı və qaçqınların ələvilərin çoxluq təşkil etdiyi Hatay bölgəsində yerləşdirilməsi məsələsinə birmənalı baxmır. Suriya və Türkiyə əhalisinin çoxu sünni olduğu halda, şıə məzhəbindən olan ələvilər Suriya rejiminə rəhbərlik edir.
XS
SM
MD
LG