Accessibility links

Türkiyədə çevriliş cəhdinin ildönümü qeyd edilir [Video]


Ərdoğan çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan siyasi rəqibi Fəthullah Güləni günahlandırır və onun ekstradisiyasını tələb edir. ABŞ hökuməti isə bu iddiayla bağlı əsaslı bir sübut gətirilmədiyi üçün Güləni təhvil verməkdən imtina edir. ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefri bildirib ki, Gülənin Türkiyə prezidentini öldürmək üçün bir sui-qəsd hazırladığını və ya bu haqda məlumatı olduğunu sübut etmədən onun Türkiyəyə təhvil verilməsi real görülmür.

Lakin Jeffrey onu da əlavə edir ki, türk silahlı qüvvələrində, polis orqanlarında xeyli sayda Gülənin tərəfdarları var və onların çevrilişin cəhdinə kömək etməsi gözləniləndir. ABŞ Xarici işlər nazirliyinin hərbi məsləhətçisi Riçard Autzen bildirib ki, çeçriliş cəhdindən əvvəldə Türk ordusundafikir ayrılıqları mövcud idi.

Bununla yanaşı siyasi təmizlənmələrin Türk ordusunu zəiflədəcəyinə dair narahatlıqların əsassız olduğunu deyən Autzen, çevriliş cəhdindən sonrakı hərbi əməliyyatların uğurlu olduğunu bildirib.

Türkiyənin hərbi qüvvəsi onu NATO-nun dəyərli üzvü edir. Lakin, Ərdoğanın müxalifətə qarşı apardığı siyasət və aprel referendumundan sonra əndazəsiz gücə sahib olması Ankaranın Qərblə əlaqələrində bəzi narazılıqlara səbəb olub. Bəzi təhlilçilərin fikrincə, Ərdoğanın avtoritarlığı gün keçdikcə daha da artacaq.

Təhlilçinin sözlərinə görə, bu vəziyyət qərbdəki xeyli sayda qrup və fərdləri narazı salacaq, lakin bununla belə ABŞ-Türkiyə ittifaqının Yaxın Şərqdə olan ortaq maraqlarına əhəmiyyətli dərəcədə zərər vurmayacaq. Bu ortaq maraqlara da İslam Dövlətinə və Suriyadakı müharibəyə son qoymaq və İranın bölgədəki mənfi təsirini azaltmaq daxildir.

XS
SM
MD
LG