Accessibility links

Türkiyədəki suriyalı qaçqınların Avropaya keçmək ümidləri ölməyib


Səid Əli mediaya açıqlama verərkən üzünü şərflə bağlayır. O, hələ də İŞİD nəzarətində olan Suriya ərazisindəki ailə üzvlərinə görə qorxur. Onun yanındakı şəxs isə adını açıqlamaq istımir, deyir ki, o, 4 dəfə dəniz yolu ilə Yunanıstana keçməyə çalışıb. Bu cəhdlərdən biri zamanı qayıq batıb, ancaq o, xilas ola bilib.

Onların hər ikisi deyir ki, onlar Türkiyə Avropaya quru sərhədlərini açanadək ölkənin Yunanıstan və Bolqarıstanla sərhədində olan Edirnə vilayətində qalacaqlar.

Məhəmməd İbrahim kimi çoxları düşünür ki, müharibə on illiklərlə davam edə bilər. Başqaları isə Türkiyə özlərinə həyat qurmağa çalışdığı, ancaq bunun baş tutmadığını deyir.

Stadion yaxınlığındakı parkın qarşısında miqrantlar Avropaya xitab edən nəhəng plakatlar düzəldiblər. Plakatlarda "Avropa birliyi uşaqları xilas et, sərhədləri aç" və "Biz dənizdə ölmək istəmirik" sözləri yazılıb.

Türkiyə hökuməti çoxu suriyalı olmaqla 2 milyondan çox qaçqını qəbul edib. Çoxları aylardır və bəzəndə illərdir Türkiyə də Suriyadakı müharibənin başa çatmasını gözləyib. Ancaq artıq onların ümidləri ölməkdədir.

Məhəmməd İbrahim kimi çoxları düşünür ki, müharibə on illiklərlə davam edə bilər. Başqaları isə Türkiyə özlərinə həyat qurmağa çalışdığı, ancaq bunun baş tutmadığını deyir.

"Burada mühəndislər var" - deyə Cəlal Karmasiah ətrafındakıları göstərir və sözünə davam edir: "Burada həkimlər var, ancaq onlar iş tapa bilmir. Onlar heç ailələrinin sığınması üçün kiçik bir ev də tapa bilmir".

Onun kimi Avropada daha yaxşı gələcək üçün Edirnədə gözləyən ailələr arasında 21 günlük körpı və əlil arabasında olan gənc də var.

Özünü Umm e Osama, və ya Usamanın anası kimi təqdim edən qadın deyir ki, onun əri və bir oğlu Bəşar Əl-Əsədin əsgərləri tərəfindən oğurlanıb. Qadın onların harada olduğunu bilmir. O, kiçik oğlu üçün yaxşı gələcək istəyir. O deyir ki, bu yaxşı gələcək Almaniyadadır.

“Alman xalqı bizi çağırır,” deyə qadın gülümsəyərək bildirir.

Edirnə qubernatoru isə qaçqınların toplaşdığı yerə gələrək onlara İstanbula qayıtmalı olduqlarını bildirib. O, söz verib ki, qalmağa yerləri olmasa, onlara otel otaqları ayrılacaq və onlar qeydiyyatdan keçsə, Avropa miqrantları dəvət edəcəyi təqdirdə onlara üstünlük veriləcək.

Türkiyənin sərhəd qəsəbəsində olan çox insan Avropa ölkələrinin yeni miqrantlar üçün sərhədlərini bağladıqlarını bilmir və ya onlar sərhədlərin uzun müddət bağlı qalacağına inanmır.

Edirnə qubernatoru isə qaçqınların toplaşdığı yerə gələrək onlara İstanbula qayıtmalı olduqlarını bildirib. O, söz verib ki, qalmağa yerləri olmasa, onlara otel otaqları ayrılacaq və onlar qeydiyyatdan keçsə, Avropa miqrantları dəvət edəcəyi təqdirdə onlara üstünlük veriləcək. Ancaq onun və ərəb dilli tərcüməçinin meqafon vasitəsilə bu çağırışları miqrantların etiraz səslərində batıb və etirazçılar dinc yürüş keçiriblər.

Aydın görünür ki, onlar Avropanın astanasını tərk etmək istəmirlər.

XS
SM
MD
LG