Accessibility links

Bakıda Türklük Günü


Türklük Günü_logo
Türklük Günü_logo

Azərbaycan-Türkiyə Evi bayram tədbiri keçirib

“Azərbaycan-Türkiyə Evi” (ATEV) 3 may -Türklük Günü ilə bağlı Opera və Balet Teatrında “Türklük bayramı” təşkil edib.

Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Türklük bayramının əsasının 1944-cü ildə Türkiyədə qoyulduğunu və bu cərəyana Nihal Atsızın rəhbərlik etdiyini vurğulayıb. Sovet İttifaqı tərkibində olan türk ölkələri azadlıqlarını əldə etdikdən sonra bu günü qeyd edir.

“Son illərdə bu tarixin bayram edilməsi daha çox dünya türklərini bir araya gətirmək, bir-birilə ünsiyyətin pozulmasına imkan verməmək məqsədi daşıyır. Həm də türk xalqlarının bir-birinin incəsənəti ilə daha yaxından tanış olmaq vasitəsinə çevrilib”, o qeyd edib.

Bayrama keçmiş MDB məkanında yaşayan və Türkiyədən sənətçilər qatılıb. Xakasiya, Yakutiya, Dağlıq Altay, Qırğızıstan, Azərbaycandan olan sənətçilər musiqi nömrələri ilə bütünlükdə türk musiqi dünyası barədə ümumi təsəvvür yaradıb. İfa edilən bu musiqi nömrələri hansısa solo ifadan daha çox türk-şaman səs duyumunun günümüzə gətirilməsi təəssüratı yaşadıb.

Bayrama Türkiyədən vətənpərvər mahnıların ifaçısı Əhməd Şəfəq, Azərbaycandan “Savalan” qrupu və Şəmistan Əlizamanlı qatılıb.
XS
SM
MD
LG