Accessibility links

Fin şəhəri Turkuda adamlar bıçaqlanıb


Turku, Finlandiya.
Turku, Finlandiya.

Finlandiyanın Turku şəhərində polis bir neçə adamın bıçaqlanmasından sonra bir adamı həbs etmiş və əlavə bir neçə şübhəlini axtarmaqdadır. Hücum nəticəsində azı 1 adamın öldüyü, 8 adamın yaralandığı deyilir.

Polis hücumçunu güllə ilə ayağılndan yaraladıqdan sonra onu həbs edib.

Ölkə boyu, ələlxüsus Helsinki aeroportunda və dəmiryol stansiyasında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir məqamda hüquq-mühafizə orqanları müsafirlərə şəhərdən kənar durmaq barədə xəbərdarlıq edir.

Hökumət Turkudakı hadisələri və polis əməliyyatlarını yaxından izləyir. Hökumət rəsmiləri günün sonunda bir araya gələcəklər.

Polis atışmanın ardınca bir adamı həbs etdiyini və əlavə hücumçular üçün axtarışa başlandığını xəbər verib.

Turun Sanomat qəzeti hücumda azı bir adamın öldürüldüyünü yazıb. Qəzet polisin qatar və avtobuslarda axtarışlar apardıqlarını yazır.

Qəzetin danışdırdığı şahid şəhərin mərkəzi meydanında 4-5 təcili yardım maşını gördüyünü bildirib.

“Hökumət Turkudakı hadisələri və polis əməliyyatlarını yaxından izləyir. Hökumət rəsmiləri günün sonunda bir araya gələcəklər,” Baş Nazir Cuha Sipila Tvitterdə yazıb.

Turku Finlandiyanın cənub-qərbində yerləşən sahil şəhəridir.

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG