Accessibility links

Türkiyənin Birgə Qərargahlar rəisinin ABŞ-a səfəri başa çatıb


A police cruiser drives by as people react to news of the arrest of one of the Boston Marathon bombing suspects, April 19, 2013, in Boston.
A police cruiser drives by as people react to news of the arrest of one of the Boston Marathon bombing suspects, April 19, 2013, in Boston.

ABŞ generalı Martin Demsinin dəvətilə Birləşmiş Ştatlarda olan Türkiyənin Birgə Qərargahlar rəisi gerenal Necdet Özəl səfərini başa vurub.

Səfər zamanı Türkiyə generalı Virginya ştatında Lenqli hərbi hava qüvvələrinin bazası, Floridada Ki Vest hərbi dəniz və Tundal hərbi hava qüvvələrinin bazalarını ziyarət edib. Floridada Valparasiso hərbi hava qüvvələrinin bazasında general Necdet Özelə Türkiyənin almağı planlaşdırdığı F-35 döyüş təyyarələrilə ilə bağlı məlumat verilib.

Ordu generalı səfər çərçivəsində ABŞ-ın Müdafiə naziri Leon Panetta ilə görüş keçirib.

Mayın 10-da Pentaqonda türk genralının ABŞ-ın Birgə Qərargahlar rəisi ordu generalı Demsi ilə görüşü olub. Görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, habelə Türkiyənin regionda liderliyi məsələləri geniş müzakirə olunub.

ABŞ generalı Türkiyəni dost və müttəfiq ölkə adlandıraraq, iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdiriləcəyini deyib.

XS
SM
MD
LG