Accessibility links

Müsavat başqanı isa Qəmbərin ev əşyaları siyahıya alınıb


Müsavat başqanı isa Qəmbərin ev əşyaları siyahıya alınıb
please wait

No media source currently available

0:00 0:01:33 0:00

Məhkəmə icraçıları yanvarın 12-də əsgər ölümlərinə qarşı etiraz aksiyasında iştiraka görə inzibati cərimə kəsilmiş gənc fəalların evlərində əmlakın siyahıya alınmasını və müsadiərisini həyata keçirir. Bu aksiyada iştiraka görə 29 nəfər 300-600 manat həcmində inzibati cərimələrə məhkum edilib. Facebook vasitəsilə onların müdafiəsi üçün “5” qəpik” - cərimə üçün ianə toplama aksiyası keçirilib. “Müsbət Dəyişiklik” gənclər təşkilatının idarə heyətinin üzvü Nərmin Rəhimli bildirib ki, ümumilikdə 13 min 600 manat toplanıb. Bu vəsait hesabına aksiyanın 24 iştirakçısının cərimələri ödənilib. Lakin 5 nəfər – Turqut Qəmbər, Rəşad Həsənov, Ülvi Həsənli, Tural Abbaslı və Əbülfəz Qurbanlı prinsipial olaraq cərimələri ödəməkdən imtina etdiklərini bildiriblər. Buna görə qalan 3200 manat yaralanmış və ya həlak olmuş əsgərlərin ailələrinə paylanıb. Bu gün məhkəmə icraçıları cərimənin ödənilməsi tələbi ilə Turqut Qəmbərin evinə gəliblər. Müsavat Partiyasının gənclər təşkilatının sədri Tural Abbaslının verdiyi məlumata görə, T.Qəmbərin atası İsa Qəmbər mənzilin ona məxsus olduğunu, oğlunun ümumiyyətlə bu ünvanda qeydiyyatda olmadığını bildirib. Bununla belə, məhkəmə icraçıları əmlakı siyahıya alıblar. Bundan əvvəl məhkəmə icraçıları Abbaslının evində də əmlakı siyahıya alıblar. Dünən məhkəmə icraçıları AXCP gənclər təşkilatının rəhbəri Əbülfəz Qurbanlının valideynlərinin evindən bir neçə xalını götürüblər. “Azad Gənclik” Gənclər Birliyinin sədri Ülvi Həsənli küçədəcə saxlanılaraq, məhkəməyə gətirilib, burada onun üzərində olan “noutbuk” və mobil telefon alınıb.

XS
SM
MD
LG