İyulun 11-i Bosniya İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən dəhşətli qətliamın - Srebrenitsa qətliamınının ildönümünü qeyd edir. 1965-ci ilin iyul ayında 11 gün ərzində təxminən 8 min müsəlman kişi və oğlan Bosniya müharibəsi zamanı qətlə yetirilib. Qurbanların ailələri hələ də iztirab çəksələr də, bəzi ekspertlər deyir ki, 20 il bundan öncə baş verən hadisələr xalqları gələcək münaqişələrin qarşını almağa təşviq etməlidir.
Srebrenitsa qətliamından 20 il keçir
1
İnsanlar Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan 150 kilometr aralıdakı Srebrenitsa yaxınlığındakı Potokari xatirə kompleksində dəfn mərasimi zamanı dua edir - 11 iyul 2015
2
Qadın Srebrenitsa qətliamının yeni aşkar edilmiş 136 qurbanının yenidən dəfn edilməsi mərasimində Xatirə Mərkəzi önündə dayanarkən - Potokari, Srebrenitsa, Bosniya və Herseqovina - 11 iyul 2015.
3
Serbiyanın baş naziri Aleksandar Vucic də Potokari xatirə kompleksini ziyarət edib - 11 iyul 2015.
4
Srebrenitsa qətliamının Potokaridə keçirilən 20-ci ildönümü mərasimində ABŞ-ın sabiq prezidenti Bill Klinton çıxış edir - 11 iyul 2015.