Accessibility links

Twitter 15-ci il dönümünü qeyd edir


Twitter 15-ci il dönümünü qeyd edir
please wait

No media source currently available

0:00 0:02:50 0:00

Twitter-in qurucusu Cek Dorsi 2006-cı ildə ilk tweetini yazıb... İndi inanmaq olmur ki, bu sosial şəbəkə 15 illiyini qeyd edir.
Və həmin orijinal tweet hazırda onlayn auksiyonda 2,5 milyon dollar dəyər qazanıb.

140 simvol uzunluğunda post yazmağa imkan yaradan mikrobloginq indi məşhurlar, dünya liderləri və aktivistlər üçün bir meqafona çevrilib.

Texas Universitetindəb Dhiraj Murthy deyir ki, "Bu, sözün əsl mənasında insanların rəqəmsal və ya ümumi qarşılıqlı əlaqə qura biləcəyi ictimai sahədir. Bu, həmçinin istifadəçi interfeysi baxımından da çox sadədir. Və bunu hər zaman qorudular".

Professor və Twitter-dəki iki kitabın müəllifi Dhiraj Murthy bildirir ki, burada müəyyən bir demokratikləşmə səviyyəsi var ki, istifadəçilər üçün cəlbedici olaraq qalmaqdadır: "İnsanlar burada çox səmimi ola bilir və digərlərindən çox sürətli şəkildə cavab ala bilirlər. Və üstəlik əvvələr cavab ala bilmədikləri insanlardan da sürətli şəkildə cavablar ala bilir".

Twitterdə informasiyanın yayılma sürəti və miqyası bütün dünyadakı ictimai hərəkatların formalaşmasında da əhəmiyyətli rol oynadı.

MİT Rəqəmsal İqtisadiyyat Təşəbbüsçüsü Sinan Aral deyir ki, "Qaraların Həyatı Mühümdür" hərəkatının təsisçisi bildirir ki, əgər sosial media olmasaydı "Qaraların Həyadı Mühümdür" hərəkatı da olmayacaqdı".

Twitter, həmçinin açıq şəkildə Ərəb Baharı, Rusiyadakı Qar İnqlabı, Honq-Konqdakı etirazlar və Ukrayanda katalizator rolu oynadı.

Lakin tədqiqatçı Sinan Aral əlavə edir ki, sərhəddsiz ünsiyyət dezinformasiya və konspirasiya nəzəriyyələrinin də yayılmasında rol oynadı: "Biz oların son 10 illik məlumat bazasına baxdığımız zaman gördük ki, bütün kateqoriyalarda saxta xəbərlər həqiqi məlumatlardan fərqli olaraqçox sürətli şəkildə və dərindən yayılıb. Xüsusi ilə də saxta siyasi xəbərlərin viral olduğunu gördük".

Bu isə nəticədə bir ictimai xadimin platformaya girişinə qadağa qoyulması ilə nəticələndi.


Santa Clara Universiteti İnternet Etikası Proqramından İrina Rayku deyir ki "Düşünürəm ki, onlar prioritetləri müəyyənləşdirmək və irəli getmək üçün növbəti Donald Trampın ortaya çıxması ilə necə baş edəcəklərini müəyyən etməlidir.
Və ehtimal ki, bu o zaman çox çətin olur ki, ictimai şəxs həm də uğurulu biznesmen olur".

İrina Rayku həmçinin deyir ki, hökümət tənzimləmələri mövcud olmadığı şəraitdə Twitter kontentin idarə olunmasında məsuliyyət daşıyır: "Və bu bəzi ölkələrin nəzərində çətin olacaq. Çünki bu platforma danışılmasını istədiyi mövzuların müzakirə aparıldığı bir platforma kimi çıxış etmək istəyir".

Lakin bir çox tənqidçinin həmfikir olduğu şey odur ki, 15-ci il dönümünü qeyd edən platforma bir zamanlar ifadə və fikir azadlığı üçün qanad açdığını hesab etsə də, hələ qarşıda görüləcək çox işlər var.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG