Accessibility links

Twitter istifadəçiləri arasında dünya liderlərinin platformadan istifadə qaydaları ilə əlaqədar sorğu keçirir


Twitter cümə istifadəçilər arasında dünya liderlərinin platfromadan istifadəsi ilə əlaqədar sorğu keçirməyə başlayıb, eyni zamanda da növbəti siyasi qərarları ilə bağlı insan haqları üzrə və akademik mütəxəssilərlə məsləhətləşmələrə başlayıb.

Açıqlama yanvar ayında keçmiş ABŞ prezidenti Donald Trampın Kapitoli binasına hücuma təhrik kimi görülən şərhləri səbəbilə platfomadan istifadəsinə qadağa qoyulandan sonra verilib.

Qadağadan sonra Tramp tərəftarları platfromanı tənqid edib, digərləri isə Twitterin dünya liderləri və xəbər mahiyyətli postlara azadlıq vermək siyasətinə baxmayaraq, bu məsələ ilə bağlı əvvəlcədən addımlar atmalı olduğunu iddia edib.

"Siyasətçilər və hökümət rəsmiləri davamlı olaraq xidmətlərimizdən istifadə yollarını inkişaf etdirir və biz qaydalarımızı Twitterdə daim yenilənən siyasi müzakirələrə müvafiq saxlamaq və ictimai müzakirələrin sağlamlığını qorumaq istəyirik," deyə Twitter-in təhlükəsizlik komandası bloq yazısında bildirir. "Bu səbəbdən dünya liderlərinə yanaşmamızı nəzərdən keçiririk və sizin də təkliflərinizi eşitmək istəyirik" deyə komanda əlavə edib.

Twitter bu sorğunu cümə günündən etibarən 12 aprel tarixinə qədər 14 dildə aparacaq.

"Ümumiyyətlə dünya liderlərinin Twitterdəki digər istifadəçilərlə eyni qaydalara tabe olacağına inanıb-inanmadıqlarını ictimaiyyətdən eşitmək istəyirik. Əgər bir dünya lideri qayda pozarsa ona qarşı hansı addımların icra edilməsinin uyğun olduğunu öyrənmək istəyirik," deyə açılamada qeyd olunur.

XS
SM
MD
LG