Accessibility links

Twitter Trampı blok edib


Tramp cümə günü “yenidən zorakılığa təşviq riski” olduğunu bildirərək Prezident Donald Trampın hesabını həmişəlik bağlayıb.

Sosial media çərşənbə günü ABŞ Kapitolisinə ölümcül hücumdan sonra Trampa qarşı tədbir görməsi üçün təzyiqlə üzləşirdi.

Prezident cümə günü Amerika Prezidentinin rəsmi Twitter səhifəsindən buna cavab yazıb. Tramp deyib ki, Twitter-in bu addımı gözlənilən idi və o, özü və tərəfdarlarının susdurulmayacağı bir platforma yaratmaq üçün başqa saytlarla çalışır.

Birləşmiş Ştatlar prezidentinin rəsmi hesabı @potus aktivdir.

Twitter daha öncə Trampın seçki saxtakarlığı ilə bağlı təkrar yanlış iddiaları dilə gətirdiyi və Kapitoliyə zorla daxil olan insanları təriflədiyi videonu yerləşdirməsindən sonra onun hesabını 12 saatlıq blok etmişdi.

Twitter-in bu son addımını Trampın on ildən çoxdur Amerika xalqı ilə birbaşa kommunikasiya qurduğu güclü vasitəsini əlindən alır. O, Twitter-dən siyasətdə dəyişiklikləri elan etmək, rəqiblərinə meydan oxumaq, düşmənlərini təhqir etmək, özünü və müttəfiqlərini tərifləmək, dezinformasiya yaymaq, zorakılığa təşviq etmək və hiddətinə səbəb olanları hədəf almaq üçün istifadə edib.

Ağ Ev şərh çağırışına dərhal cavab verməyib. Preiğ

Twitter uzun müddət Tramp və digər dünya liderlərini şəxsi hücum, nifrət çıxışı və digər davranışlara qarşı qaydalarından istisna edib. Lakin şirkət cümə günü bloquna yerləşdirdiyi uzun açıqlamada Trampın son tvitlərinin Kapitolidəki çaxnaşma və Prezident seçilmiş Co Baydenin inaqurasiyasında silahlı etirazlarla bağlı planlar fonunda zorakılığın alqışlanmasına bərabər olduğunu bildirib.

Tramp həmin tvitlərdə inaqurasiyada iştirak etməyəcəyini deyib, “tərəfdarlını “amerikalı vətənpərvərlər” adlandırıb və onların “gələcəkdə BÖYÜK SƏSƏ malik” olacaqlarını bildirib. Twitter bu açıqlamaların “başqalarını yanvarın 6-da baş verən zorakı hücumları təkrarlamağa həvəsləndirə biləcəyini” bildirib.

Şirkət Twitter və başqa platformalarda “gələcək silahlı etirazlarla bağlı planların yayılmağa başladığını və buna “2021-ci ilin yanvarın 17-də ABŞ Kapitolisi və ştatların kapitoli binalarına ikinci hücumla bağlı təklidin daxil olduğunu” bildirib.

Twitter siyasətinin dünya liderlərinə ictimaiyyətlə ünsiyyət qurmağa imkan yaratdığını, amma onların hesablarının şirkətin “qaydalarından tamamilə üstün olmadığını” və bu liderlərin Twitterdən zoralığı təşviq etmək məqsədilə istifadə edə bilməyəcəklərini bildirib. Trampın təxminən 89 milyon izləyicisi var idi.

Facebook-un sahib olduğu Facebook və Instagram cümə axşamı Trampın hesabını azı iki müddətə və mümkündür qeyri-müəyyən müddətə bağlayıb.

Şirkət cümə günü QAnon kospirasiya nəzəriyyəsini yayn hesabları silmək məqsədilə Trampa sadiq olan iki nəfərə həmişəlik qadağa qoyub. Onlar sabiq milli təhlükəsizlik müşaviri Maykl Flinn və vəkil Sidney Paueldir. Twitter offlayn zərərlərə səbəb ola biləcək davranışlarla bağlı tədbir görəcəyini bildirib.

Şirkət həmçinin Trampın vəkili Lin Vudun qaydaları pozduğuna cümə axşamından etibarən həmişəlik uzaqlaşdırıldığını bildirsə də, əlavə məlumat paylaşmayıb.

XS
SM
MD
LG