Twitter sosial şəbəkəsi ABŞ prezidenti Donald Trampın cümə günü paylaşdığı tvitin üzərində "mediya manipulasiyası" xəbərdarlığını yerləşdirib. Həmin tvitdə Tramp üzərində yanlış "Vahiməyə düşmüş körpə irqçi uşaqdan qaçır" başlığı yazılan montaj olunmuş videonu paylaşmışdı.
Lakin 2019-cu ildə sosial mediada viral olmuş videonun orijinal versiyasında qara dərili körpə ilə ağ dərili körpənin bir-birilərinə tərəf qaçaraq qucaqlaşdığı görünür. Video keçən il CNN-in vebsaytında "Bu iki körpə real həyatda yaxın dostların necə olduğunu göstərir" başlığı altında paylaşılmışdı.
Trampın payşladığı videonun əvvəlində isə uşaqların birinin digərini qovaladığı görünür. Və ekrana çıxan yazıda isə "İqrçi körpə ehtimal ki, Tramp seçicisidir" yazılır.
7,7 milyon baxışı olan və 125 min dəfə paylaşılan videonun sonunda isə orijinal video göstərilir və "Problem Amerika problem, saxta xəbərlərdir" yazılır.
Twitterin vebsaytında yerləşdirilən açıqlamada bildirilir ki, "Biz manipulasiya edilmiş və süni görüntülərin olduğu medianı işarə edə bilərik ki, insanlara metarialın orijinal olmadığı barədə məlumat verib, əlavə kontekstlə təmin edək."
Twitter daha öncə Trampın post vasitəsilə səsvermə ilə bağlı əsassız iddialarla bağlı atdığı tvititdəki faksları yolxladığı üçün Tramp administrasiyasının ciddi nəzarəti altındadır. Bundan əvvəl Twitter prezidentin Minneapolisdəki etirazlarla əlaqədar tvitinə də xəbərdarlıq edilmişdi.