Accessibility links

Twitter Trampın tvitlərindən biri barədə "zorakılığı şərəfləndirmək" xəbərdarlığı edib


Twitter Donald Trampın Minneapolisdəki etirazlarla əlaqədar yazdığı bir tvitlə bağlı xəbərdarlıq edərək bunun "zorakılığa şöhrət qazandırdığı" üçün platformanın qaydalarını pozduğunu bildirib.

Twitter sosial şəbəkəsinin aktiv istifadəçisi olan Tramp şirkətlə bu həftənin əvvəlindən mübarizə aparır. Belə ki, şirkət Trampın seçki bülletenlərinin poçtla göndərilməsi ilə bağlı iki tviti ilə əlaqədar faktların yoxlanılması xəbərdarlığını yerləşdirmişdi.

Xəbərdarlıq edilən üçüncü tvit isə etirazların baş qaldırdığı Minnesota ştatının qubernatoruna dəstək məqsədi ilə yazılıb. Ştatda artıq üç gündür ağ polisin dizini onun boynuna qoyduğu zaman nəfəs almaq üçün yalvaran əlləri qandallanmış qaradərili Corc Floydun ölümü ilə əlaqədar böyük etiraz askiyaları keçirilir.

Tramp yazdığı tviti bu sözlərlə bitirib: "Hər hansı çətinlik olsa nəzarəti öz üzərimizə götürəcəyik, lakin talanlar başlayırsa, atəş də başlayacaq".

Twitter həmin tviti platformadan silməyərək gizlədib və onun əlçatan qalmasının ictimaiyyətin marağında olduğunu bildirb. Şirkət bunu yalnız seçki yolu ilə seçilmiş hökümət rəsmiləri üçün edir. Trampın səhifəsinə baxan istifadəçilər tvitin üzərinə basmaqla onun orijinalını görə bilər.

Tramp cümə axşamı Twitter və digər sosial media şəbəkələrinin hüququ müdafiədən məhrum edilməsinə yönəlmiş qanun layihəsi imzalayıb.

XS
SM
MD
LG